20:20 22.05.2026 70

Dambrauskas: “Bunlar bizə qarşı hörmətsizlikdir”

"Sabah" Misli Premyer Liqasında mövsümün sonuncu - 33-cü turunda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, Bakı təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablaqndırıb:


“Mövsümün sonuncu qələbəsi münasibətilə futbolçuları, rəhbərliyi, azarkeşləri təbrik edirəm. Düzdür, o qədər də yaxşı oynamadıq. Bərabər səviyyədə oyun keçdi. Bir az baxtimiz gətirdi və qollar vurduq. Rəqibin 3-4 yaxşı qol fürsəti oldu. Qapıçımız çox yaxşı çıxış etdi. Son oyunda hamı dəqiqələri sayır. Futbolçuları motivasiya etmək çətindir. Çünki düşüncə tərzi dəyişir. Tezliklə Çempionlar Liqasının təsnifat mərhələsi oyununda görüşəcəyik”.


- "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışının "Sabah"ın Premyer Liqadakı uğurlu performansına təsiri oldu?

- Bizim stadionumuzda, çempionun, kubokun qalibinin, 33 oyun məğlub olmayan bir komandanın evində bu cür sual verirsiz. Xahiş edirəm, bizə hörmət edin. Qurban Qurbanov belə ən yaxşı olduğumuzu qeyd edir. Amma siz həmişə bəhanələr axtarırsız. Bunlar klubumuza, məşqçilərimizə, futbolçularımıza qarşı hörmətsizlikdir. Mövsümü bu notlarla bitirmək istəməzdim. Amma bizə olan hörmətsizlik də qəbuledilməzdir. Titullar qazandığımıza görə üzr istəməyimi istəyirsizsə, bunu etməyəcəm.


- "Sabah"dan Çempionlar Liqasında gözləntilər böyükdür. Bunun üçün də heyətin gücləndirilməsi lazımdır. Transferlə bağlı planlarınız necədir?

- Hər zamankı yanaşmamızı davam etdirəcəyik. İyunun ortalarında toplaşacağıq və öz hədəflərimizə doğru gedəcəyik. Rəqibimiz bəlli olduqdan sonra sırf rəqibə qarşı hazırlaşacağıq. Əlbəttə ki, püşkün nəticəsi önəmlidir. Mövsümboyu bizə uğur gətirən yanaşmamız var idi, oyundan-oyuna hazırlaşırdıq.


- Növbəti mövsümdə qrafikiniz ağır olacaq. İstirahətlə bağlı hansı planlarınız var?

- Hər mövsüm çətin olur. Mənim də özümə görə istirahət planım var. Sabah Litvaya gedəcəyəm. Bir həftə sonra ailəmlə ölkə xaricinə istirahətə yollanacağıq. Daha sonra Avstriyada təlim-məşq toplanışına başlayacağıq.


- Mətbuatda yazılanlara görə Coy Lens Mikels yeni müqavilə imzalamaq istəmir. Onun gedişi komandanın gücünü nə dərəcədə azaldacaq?

- Azərbaycan demokratik ölkədir. Hər kəsin müqavilə imzalamaq və ya imzalamamaq hüququ var. Bizim məşq bazamızın girişində belə bir yazı görə bilərsiniz: "Heç bir oyunçu komandadan böyük deyil". Mikels həqiqətən də möhtəşəm mövsüm keçirdi. Ona və digər oyunçulara ən yaxşısını arzulayıram. Biz "Sabah"ıq, bir oyunçudan ibarət komanda deyilik. Mövsüm ərzində Mikelsin oynamadığı matçlarda onu əvəz edən futbolçular var idi.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

23:55

Konte “Napoli”dən ayrılacaq? - Klub prezidenti açıqladı

23:13

Millimiz Avropa üçüncüsü oldu

22:48

Karateçilərimizdən Avropa Çempionatında 9 medal

21:51

“Şamaxı”nın legioneri milliyə dəvət olunub

21:08

Güləşçilərimiz Avropa Çempionatını 6 medalla başa vurub

20:06

Bakıda cüdo üzrə Liqa yarışının III turu başa çatıb

19:05

“Qarabağ”dan növbəti transfer - RƏSMİ

18:55

Jorj Kaşkilya: “Gələcək haqda heç nə deyə bilmərəm”

18:33

Füzuli Məmmədov: “Rəhbərliklə görüşümüzdən çox şey asılıdır”

17:56

Premyer Liqa: Mövsümə yekun vuruldu - YENİLƏNİB

16:54

Millilərimizin hazırlıqları davam edir

16:34

Gənclər Liqasının qalibləri mükafatlandırıldı

15:45

“Araz-Naxçıvan”dan 30-cu ev qələbəsi

14:57

“İmişli” - “Karvan-Yevlax”: HEYƏTLƏR

14:27

Tarixdə 10-cu: 400-cü qol

14:13

Premyer Liqa: Pley-offun vaxtı və nominal ev sahibi müəyyənləşib

12:48

500-cü qol: 21 ildən sonra

12:24

“Qarabağ”ın Avropa Liqasındakı potensial rəqibləri müəyyənləşib

11:53

Millimizin üzvü oynamadı, komandası aşağı liqaya düşdü

11:36

Super Liqa klubu iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

10:36

İngiltərə Premyer Liqasına yüksələn sonuncu komanda müəyyənləşib

09:24

Üç güləşçimiz Avropa Çempionatının finalında

00:56

Karateçimizdən Avropa Çempionatında qızıl medal

00:27

Almaniya Kubokunun qalibi bəlli oldu

23:56

“Şamaxı”da kütləvi ayrılıq - RƏSMİ

23:20

Güləşçimiz Avropa çempionu oldu

22:21

Andrey Demçenko: “Qalib gəlmək xoşdur”

22:06

Rəşad Sadıqov: “Ötən illə müqayisədə…”

21:45

U-21 millimizin heyəti açıqlanıb

20:57

"Neftçi" və “Araz-Naxçıvan” mövsümü qalib başa vurdu - YENİLƏNİB

20:43

“Siti”nin futbolçusu ən yaxşısı seçildi

20:26

Cüdo üzrə Liqa yarışının III turu start götürüb

19:38

AMF-in prezidenti millinin üzvləri ilə görüşüb

19:16

Bakıda atletika üzrə beynəlxalq yarışa start verilib

18:54

Azər Bağırov: “Məsələ tək büdcə deyil”

18:37

Vernidub: “Nə istəyirdiksə, ona nail olduq”

18:18

“Araz-Naxçıvan” - “Zirə”: HEYƏTLƏR

17:53

"Şamaxı" Ayxan Abbasovla vidalaşdığını açıqladı - RƏSMİ

17:39

"Qarabağ" üç futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

16:22

Mourinyonun təyinatı təxirə salındı

16:11

Çempionluq paradında tarixi izdiham gözlənilir - 1 milyon insan!

15:52

"Mançester Yunayted" Edersonu transfer etməyə yaxındır

15:30

“Qalatasaray”dan 30 milyonluq transfer planı

15:11

“Real Madrid”də vida günü: iki futbolçu son oyununa çıxır

14:47

“Kəpəz” – “Neftçi”: “11-lik”lər bilindi

14:23

Azərbaycan yığması İspaniyada təlim məşq toplanışında olub

14:02

Ayxan Abbasov millinin heyətini açıqladı

13:49

Boksçularımız Batumidə beynəlxalq turnirdə mübarizə aparacaqlar

13:29

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

13:11

UEFA Avropa Liqası: “Beşiktaş” “Qarabağ”ın potensial rəqibi oldu

12:44

İsmail Kartaldan “Fənərbağça” açıqlaması

12:33

Türkiyə Superkubokunda cütlüklər müəyyənləşdi

12:20

Beynəlxalq Güləş Günü münasibətilə Şamaxıda jurnalistlər üçün media-tur təşkil olunub

11:46

"Liverpul"un sabiq qapıçısı karyerasını başa vurur

11:25

Bu futbolçu yayda "Çelsi"yə keçəcək

11:05

"Mançester Siti"nin stadionunun şimal tribunası Qvardiolanın şərəfinə adlandırılacaq

10:48

Ülviyyə Samokovda tarix yazdı, Mədinə üçüncü oldu

10:26

Parakarateçilərimizdən uğurlu çıxış

10:14

A seriyasında mövsümün ən yaxşı məşqçisi odur

09:51

“Trabzonspor” 10-cu dəfə Türkiyə kubokunun qalibi oldu

09:20

Fransa kubokunun qalibi müəyyənləşdi

23:58

Saşa İliç: “Səviyyəli komanda yaratmaq istəyiriksə…”

23:43

Qurban Qurbanov: “Bizim işimiz hələ davam edir”

22:26

Sakarya Gənclər və İdman İdarəsinin nümayəndə heyəti “Kəpəz”in qonağı olub

21:58

Kikboksçularımızdan Dünya Kubokunda 32 medal

21:23

“Sabah” və “Qarabağ” mövsümü qalib başa vurdu - YENİLƏNİB

20:56

“Real” Alaba ilə bağlı qərarını verdi - RƏSMİ

20:32

DÇ-2026: İngiltərə millisinin heyəti açıqlanıb

20:20

Dambrauskas: “Bunlar bizə qarşı hörmətsizlikdir”

19:48

Kurban Berdıyev: “Bu mövsüm bizə göstərdi ki…”