son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

Saşa İliç: “Səviyyəli komanda yaratmaq istəyiriksə…”

Bölmə adı Premyer Liqa
Yayımlandı 22-05-2026, 23:58

Misli Premyer Liqasının son turunda "Sumqayıt" doğma meydanda "Qarabağ"a 3:4 hesabı ilə məğlub olub.


Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Sumqayıt"ın baş məşqçisi Saşa İliç jurnalistlərin suallarını cavablandırıb:


"Maraqlı bir oyun alındığını düşünürəm. Çox qol vuruldu və bir o qədər də qol epizodları ilə yadda qalan bir matç oldu. Yenə də, səhvlərimizdən qollar buraxdıq".


- "Sumqayıt"dan ayrılacağınıza dair məlumatlar var. Bu barədə düşüncələriniz?

- Buranın insanları çox gözəldir. Buradan ayrılsam da, gözəl təəssüratlarla ayrılıram. "Sumqayıt" "top klub" olmasa da, çalışdıq ki, daha yaxşı yerlərdə olaq. Müqaviləm başa çatır, lakin yenə də rəhbərliklə bu barədə danışığımız olacaq. Komandada dəyişikliyə ehtiyac var. Hazırki futbolçuların pis olduğunu demirəm, ancaq reallıq var. Səviyyəli komanda yaratmaq istəyiriksə, minimum səhvlər olmalıdır.


- Mövsümün əvvəlində demişdiniz ki, hədəfimiz avrokuboklara getməkdir...

- Futbolda çoxlu situasiyalar olur. “Lester” bir vaxt çempion idi, bu mövsüm Çempionşipdən də düşdülər. Bu mövsüm kifayət qədər xallar itirdik, bəzi matçlarda yaxşı oynayan tərəf olsaq da, nəticə qazanmaqda çətinlik çəkdik. Səhvlər minimuma enərsə, nəticə qazanmaq olar.


- Büdcənin daha da artırılması ilə bağlı zəmanət alsanız, klubda qalmaq fikriniz var?

- Dünyanın ən yaxşı məşqçisi olmasam da, plan üzrə çalışanda uğur qazanmaq olar. Komandanın kifayət qədər potensialı var. Bəzi məsələlər də həll olunsa, komanda avrokuboklara vəsiqə qazanar.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR