Karateçimizdən Avropa Çempionatında qızıl medal

Bölmə adı Karate
Yayımlandı 24-05-2026, 00:56

Azərbaycan karateçisi Mədinə Sadıqova Almaniyanın Frankfurt şəhərində keçirilən Avropa çempionatında qızıl medal qazanıb.


Sport1.az xəbər verir ki, 55 kq çəki dərəcəsində çıxış edən idmançı bütün rəqiblərinə qalib gəlib.


Bununla da Mədinə Sadıqova böyüklər arasında Avropa çempionu olan ilk azərbaycanlı qadın karateçi kimi tarixə düşüb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR