son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

Azər Bağırov: “Məsələ tək büdcə deyil”

Bölmə adı Premyer Liqa
Yayımlandı 23-05-2026, 18:54

"Kəpəz" Misli Premyer Liqasının XXXIII turunda "Neftçi"yə 0:1 hesabı ilə uduzub.


Sport1.az xəbər verir ki, Gəncə təmsilçisinin baş məşqisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Gənc futbolçulara şans verdiyim üçün çox sevinirəm. Bəlkə də onlar Azərbaycan futbolunun gələcək simaları olacaqlar. Öz üzərlərində çox çalışmalıdırlar. Oyuna gəldikdə, uşaqlar döyüşdülər, bacardıqlarını etdilər. Hər birinə təşəkkür edirəm. Biz gələndə "Kəpəz"in 6 oyunda 6 məğlubiyyəti var idi. Belə vəziyyətdə komandanı götürmək çətin idi. 12 legioner transfer olunmuşdu. Bunun fonunda komandanı Premyer Liqada saxladıq. Klubda çalışan hər kəsə təşəkkür edirəm".


- Bu gün meydanda olan gənc oyunçulardan kimləri xüsusi qeyd edərdiz?
- Şahnur İsmayılovla Raul Hüseynlini vurğulamaq istərdim. Bacarıqlı futbolçulardır. Daha çox çalışmalıdırlar. Çünki artıq üzərlərində diqqət var.


- "Kəpəz"dən ayrılıb "Şamaxı"ya keçəcəyiniz deyilir. Bu barədə fikirlərinizi bildirə bilərsiniz?
- Bu barədə danışmaq istəmirəm. Klubun rəsmi hesablarında məlumat veriləcək. Ümid edirəm ki, hər şey Azərbaycan futbolu üçün uğurlu olar.


- Oyun bitəndən sonra azarkeşlər sizə qarşı süarlar səsləndirdi. Sizə haqsızlıq edildiyini düşünmürsüz?
- Futbolda belə şeylər var. Anlaşılmazlıqlar həmişə olub. Azarkeşlərdən razıyam. Gəncə azarkeşləri futbolu bilirlər. Rəhbərliklə də heç bir problemim yoxdur. Klubdan mənə qalmaq təklifi olunmuşdu. Beynimdə müəyyən məsələlər var. Hər şey üçün zaman lazımdır. Klubun etdiyi təklif builkindən yaxşı idi.


- Klubun sizə daha yaxşı təklif etdiyini dediz. Bəs niyə razılığa gələ bilmirsiz?
- Doğruluğun və verdiyim sözün üstündə durmağın tərəfdarıyam. Daim "Kəpəz" azarkeşlərini sevindirmək istəmişəm. Büdcə buna imkan verməyəcəksə, azarkeşlərin yanında əlacsız durumda olacağam.


- "Şamaxı"nın oyununu izləməyiniz xoş qarşılanmadı. Bununla bağlı nə deyə bilərsiniz?
- Biz futbol adamıyıq. Səhər tezdən məşqimi yüksək səviyyədə keçmişəm. Özüm də uşaqlarla futbol oynadım. Qəbələdə evim var. Düşündüm ki, gedib orada futbola baxım. Qəbələdə bir gün qalıb sonra Bakıya gəlmişəm. İfadəmə görə üzr istəyirəm, barda olmamışam ki. Futbol adamıyam, stadionda olmalıyam da. Sabah başqa oyuna baxa bilərəm.


- Klub rəhbərlliyi ilə münasibətiniz necədir?
- Adil Vəliyevlə, Fərman müəllimlə çox yaxşı münasibətimiz var. Bəzi məsələlər var ki, bilinmir. Belə olanda qərar vermək çətindir. Düşünürəm ki, hər şey yaxşı olar.


- Rəhbərlik qarşınıza avrokuboklara vəsiqə tələbi qoyub?
- Xeyr. Məsələ tək büdcə deyil. Bir komandanı formalaşdırmaq üçün ən azı 3 il vaxt lazımdır. Çempion olaq, avrokuboklara vəsiqə qazanaq, amma nə ilə?

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR