son dəqiqə SON DƏQİQƏ
Zaur İsmayılov: “Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır" Vernidub: “Çalışacam ki, bir daha sizi məyus etməyim” Azər Məmmədov: “Qarabağ”la oyunun yerini doldurmaq istəyirdik” DÇ: Sonuncu gündə 1 gümüş və 1 bürünc medal Tovuzda qolsuz sülh, "Neftçi"dən darmadağın - Azər Bağırov: “Bu şəhər futbolla yaşayır” Kurban Berdıyev: “Hər kəs gördü ki, qoldur, bircə hakim görmədi” Ayxan Abbasovla İlqar Qurbanovun “Google Maps"i Tahir Gözel: “Bu yolu birlikdə davam etdirməliyik” “Kəpəz” I Liqa klubunu məğlub edib Yeni klubu bəlli oldu Bölgə təmsilçisi hücumçusu ilə müqavilə yenilədi Stadionda idman edən şəxs dünyasını dəyişdi Daha bir Azərbaycan klubu loqosunu dəyişdi Avropa ikincisi olmuş azərbaycanlı müvəqqəti güləşdən uzaqlaşdırıldı "Sabah"ın kritik pley-off matçının hakim təyinatları açıqlanıb "Xankəndi" müdafiəçi transfer edib Millimiz növbəti matçına çıxır Günün oyunları: "Şəfa" ilk qələbəsini belə qazandı "Zirə"dən ardıcıl 2-ci qalibiyyət DÇ: Ayxan Həsənlidən gümüş medal Premyer Liqa klublarının yay transferləri Azərbaycan karateçilərindən “Turkish Open”da iki gümüş medal Rəşad Sadıqov: “Transfer edəcəyimiz futbolçuların heç biri yerli çempionatdan deyil” Fərid Namazov: “Fərdi səhvlər etdik” MPL: "Şəfa" Qəbələ səfərindən 3 xalla qayıdır, "Zirə"dən inamlı qələbə - AVRO-2026: Belçika və Niderlanddan qələbə

Füzuli Məmmədov: “Rəhbərliklə görüşümüzdən çox şey asılıdır”

Bölmə adı Premyer Liqa
Yayımlandı 24-05-2026, 18:33

"Oyunun turnir cədvəli baxımından mahiyyəti yox idi. Amma futbolçular qalib gəlmək istəyirdilər, meydanda yaxşı mübarizə gördük. Mövsümü bitirdik, ağır yol keçdik. Təəssüflər olsun ki, komandamız I Liqaya yuvarlandı. Futbolçular meydanda əziyyət çəkdilər. Bütün mövsümə görə, futbolçularıma çox sağol deyirəm. Əziyyətə olan hər kəsə minnətdaram. Baxmayaraq ki, istədiyimizə nail ola bilmədik. Amma artıq mövsüm bitdi, hər bir futbolçuya uğurlar arzulayıram".


Sport1.az xəbər verir ki, bu sözləri “Karvan-Yevlax”ın baş məşqçisi Fizuli Məmmədov Misli Premyer Liqasının 33-cü turunun “İmişli” ilə görüşündən sonra keçirilmiş mətbuat konfransında deyib.


O, jurnalistlərin suallarını da cavablandırıb.


- Yeni mövsüm komandada qalacaqsız? Qalsanız, heyətlə bağlı kütləvi dəyişikliklər olacaq?

- Çox istəyirəm ki, I Liqaya düşsək də, orada iddialı olaq və yenidən Premyer Liqaya geri qayıdaq. Yəqin ki, sabah rəhbərliklə bu yöndə görüşümüz olacaq. Təbii ki, əgər mən istədiyim şərtlər, istədiyim tələblər olarsa, komandada qalacam. Bəli, bu komandada yaxşı futbolçular var ki, bizə I Liqada da kömək edə bilərlər. Şərtlər yaxşı olarsa, futbolçularla danışarıq, onlar komandada qalar. Amma öncəlik rəhbərliyin istəyidir.


- Sizin özünüzə təkliflər var?

- Öncə hazırkı klubumla danışacam. Rəhbərliklə sabah görüşəcəyik. Görüşümüzdən çox şey asılıdır. Ondan sonra digər məsələlərə qayıdacağıq.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR