21:47 17.05.2026 33

Rəşad Sadıqov: “Əlimizdən gələni etdik, amma alınmadı”

Bu gün Misli Premyer Liqasında 32-ci tura yekun vurulub. "Zirə" "Sumqayıt"ı son dəqiqələrdə vurduğu qolla 2:1 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, oyundan sonra keçirilən mətbuat konfransında "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:


"İlk növbədə futbolçularıma təşəkkür edirəm. Bu gün oyuna köklənmək çox çətin idi. Çünki üç gün bundan qabaq ağır məğlubiyyətlə qarşılaşmışdıq. Ona baxmayaraq, futbolçular tələblərimizi nəzərə alıb, ilk dəqiqələrdən sona qədər ən yaxşısını etməyə çalışdılar. Mövsümün ən yaxşı oyunlarından birini keçirdik. Rəqibin qapıçısı bu gün möhtəşəm idi".


"Sabah" - "Neftçi" matçında ev sahibi komandanın start heyətini görəndə, ilk təəssüratınız necə oldu?

- Maraqlı sual verdiniz. Gizlətməyəcəm. Heyətlər bir saat əvvəl bilinir. Düzü, start heyətini görəndə məndə bir az məyusluq oldu(gülür). Təbii ki, rəqabətdir. Biz də istəyirik ki, rəqabət apardığımız komandalar xal itirsinlər. "Neftçi"ni ürəkdən təbrik edirəm. Xüsusilə də, çempionatın sonuna yaxın meydanda amansız mübarizə apardılar. Onlar da avrokuboklara getməyə layiq idi, biz də. Onlara da avrokuboklarda uğurlar arzulayıram. Bütün klublarımıza avrokuboklarda uğurlar arzulayıram. Amma suala qayıtsam, bəli, start heyətini görəndə məndə məyusluq oldu.


- Oyunun son 10 dəqiqəsində mərkəzi nöqtə sizlə azarkeşlər arasındakı müzakirə idi. Orada nə baş vermişdi?

- Orada mübahisə etmirdik, müzakirə edirdik. Bilirsiz, "Zirə"nin çoxsaylı azarkeşləri yoxdur. Azarkeşlərlə bir-birimizi üzdən də tanıyırıq. Artıq altı ildir buradayam. Erenlə bağlı sual oldu, mən də sual verirdim ki, onu başa düşmədim. Sonra fikirləşdim ki, bəlkə finaldakı Ereni erkən dəyişiklik etməyimizlə bağlı idi. İssa da , Eren də zədəli idi, mətbuat konfranslarında da bunu demişdim. Yoxsa, əks halda kim Ereni meydandan çıxarmaq istəyərdi? Onun müzakirəsi gedirdi. Azarkeşdilər, istəklidirlər, nıəticə qazanmaq istəyirlər. Son 3 ildə 4 yarışda 2-ci olmuşuq. Bu da "Zirə" üçün çox böyük nəticədir. Azarkeşlər daha çoxunu istəyir. Bizə ən çox mənfi təsir edən məqam legioner limitinin dəyişdirilməsi idi. Limitin dəyişməsi bizə rəqabətdə ciddi problem yaratdı. Mövsüm boyu da onu hiss edirdik. Çempionat boyu zədələr, gedənlər...Biz bu mövsüm 6-7-ci yerdə olsaydıq, buna təəccüblənməyəcəkdim. Çünki il başlayandan bu günə qədər yaşadığımız problemləri nəzərə alsaq, 6-7-ci yerlərdə olsaydıq da, təəccüblənməyəcəkdim. Amma klubumuza, camiəmizə, azarkeşlərimizə təşəkkür etmək istəyirəm ki, sona qədər mübarizənin içində olduq. Əlimizdən gələni etdik, amma alınmadı.


- Cavid Cəlilov sizin oyununuzda verilən səhv qərardan sonra cəzalandırılmışdı. Amma bu gün yenə sizin oyununuza təyinat aldı. Oyunun gedişatında hiss olunurdu ki, 50/50-ə olan epizodlarda rəqibin lehinə qərarlar verirdi. Təzyiq hiss edirdiz?

- Açığı, mən də təyinatı başa düşmədim. Aydın məsələdir ki, səhv olub. Kim cəzalanıbsa, "Zirə"nin oyunlarında cəzalanıb. Nə hikmətdirsə, baş açmadım. Çempionatda başqa səhvlər olmayıb. Bəlkə də cəzalanıblar, biz hiss etməmişik. Amma açıq-aşkar bu şəkildə cəzalanan, I Liqaya, Əvəzedicilər Liqasına göndərilən hakimlər "Zİrə"nin oyunundan sonra olub. Birinci oyunda Cavid Cəlilovun baş hakim, İnqilab Məmmədovun VAR-da olması çox təəccübləndirici idi. Mövzu açıldı, sual verirəm: İnqilab Məmmədovun cəzalandırılması nə ilə bağlı idi, mənə çox maraqlıdır. Neçə vaxtdır ki, bu sual ürəyimdədir. Oyundakı əsas problem ofsayd epizodu ilə bağlı idi. Bunu ya yan xətt hakimi görməlidir, ya da VAR qarışmalıdır. Onda elə çıxır ki, baş hakim bundan sonra ofsayd epizodlarına müdaxilə edə bilər. Bu, o anlama gəlir? Passiv ofsayda müdaxilə edə bilər? Baş hakim topa, qapıya baxır, İnqilab Məmmədov ofsayda necə müdaxilə edə bilər? Tamam, VAR-a çağırıldı, ofsayd vermədisə, buna qarışmıram, cəza tətbiq oluna bilər. Amma bu günə qədər başa düşmədim ki, İnqilab Məmmədovun cəzası nə ilə bağlıdır.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

22:53

Yığmamız Avropa Kubokunun qalibi olub

22:30

Güləşçimiz Avropa çempionu oldu

21:47

Rəşad Sadıqov: “Əlimizdən gələni etdik, amma alınmadı”

21:28

“Sumqayıt”ın məşqçisi: “Maksimum nəticəni əldə etmək istəyirik”

20:57

Dambrauskas: “Kuboku qazandıqdan sonra…”

20:33

Vernidub: “Görəcəyimiz çox iş var”

19:54

Premyer Liqa: XXXII tura yekun vurulub - YENİLƏNİB

18:27

Millimiz türkdilli ölkələrin şahmat çempionatında çempion olub

17:45

"Kyokuşin (Kay) Senşi" üslubu üzrə karate turnirinin açılış mərasimi keçirilib

17:24

“Zirə” - “Sumqayıt”: HEYƏTLƏR

17:07

Masazırda heyətlər bəlli oldu

16:03

“Liverpul” Alissonun əvəzedicisini tapdı

15:20

Bundesliqada mövsümün ən yaxşısı bəlli oldu

14:53

DÇ-2026: Cənubi Koreya millisinin heyəti açıqlanıb

13:56

“Beşiktaş”ın hücumçusu ərəblərin hədəfində

12:31

Alonso “Çelsi”də - RƏSMİ

11:24

“Qalatasaray” onu komandada saxlayacaq

10:44

“Bolonya”nın futbolçusu İngiltərə klublarının hədəfində

09:56

“Çelsi”nin yeni baş məşqçisi bəlli oldu

00:15

Cüdoçularımızdan Avropa Kubokunun ilk günündə 8 medal

23:55

“Fənər” “Dortmund”un hücumçusu ilə razılaşdı

23:35

Güləşçimiz Avropa çempionatının finalında

22:52

Avropa çempionatında bir gündə 5 medal

22:28

Azərbaycan gimnastları beynəlxalq turniri 17 medalla başa vurublar

21:54

Stolüstü tennisçilər beynəlxalq yarışı üç mükafatla başa vurublar

21:35

“Trabzonspor” Muçi ilə bağlı qərarını verdi

20:56

Qurban Qurbanov: “Oyunçular Azərbaycana gəlməyə isti yanaşmırlar”

20:38

Jorj Kaşkilya: “Fikrim son tura qədər “İmişli”dədir”

20:11

99 mükafat: 34 mövsüm, 21 komanda

19:58

Şotlandiyada çempion bəlli oldu

19:44

Kurban Berdıyev: “Hər şey tapacağımız keyfiyyətli oyunçu sayından asılı olacaq”

19:31

Ayxan Abbasov: "Şamaxı"ya bundan sonra uğurlar arzulayıram"

18:54

Premyer Liqada bu gün daha 2 oyun keçirilib - YENİLƏNİB

18:30

“Fənər”də yeni müqavilə - RƏSMİ

18:18

“Sabah” baş məşqçisi ilə yollarını ayırdı - RƏSMİ

17:49

Bu futbolçu "Barselona"nın növbəti matçını buraxacaq

17:25

"Barselona" Levandovski ilə vidalaşır - RƏSMİ

17:11

I Liqada son turun oyun cədvəli açıqlandı

16:33

Şamaxıda heyətlər açıqlandı

16:25

“Qarabağ” – “İmişli”: heyətlər

15:51

10 ildən sonra "Roma"dan ayrılır

15:30

Florentino Peresə qarşı intizam tədbiri tələb etdilər

15:09

Ölkə kubokunun sahibi müəyyənləşdi

14:46

Joze Mourinyonun “Real Madrid”lə imzalayacağı müqavilənin bəzi detalları açıqlandı

14:25

Daha bir milli DÇ-2026 üçün heyətini açıqladı

14:14

"Fənərbağça" keçmiş baş məşqçisini geri qaytarır

13:56

19 yaşlı idmançı vəfat etdi

13:31

Azərbaycan millisinin Macarıstandakı təlim-məşq toplanışı başa çatdı

12:45

Vinisius Mourinyonun "Real"a qayıtmasına qarşıdır?

12:24

Portuqaliya futbolu tarixində rekord transfer

12:03

"Mançester Siti"də olduğum bütün müddət ərzində əsas rəqibimiz "Liverpul" olub"

11:50

Neymar İtaliya vətəndaşlığı aldı

11:28

Xabi Alonso “Çelsi”də ?

11:06

Belçika millisinin DÇ-2026 üçün heyəti

10:45

Noyer 2027-ci ilə qədər "Bavariya"da - RƏSMİ

10:23

“Qarabağ”dan Avropa Liqası üçün hücumçu transferi

10:14

Portuqaliyalı mütəxəssis "Əl-Nəsr"dən ayrılmaq qərarına gəldi

09:41

DÇ-2026: Daha bir milli komanda heyətini açıqladı

09:28

“Liverpul” “Aston Villa”ya uduzdu

23:47

"Şamaxı" - "Turan Tovuz" matçının hakimi dəyişdi

23:17

Güləşçimiz Avropa üçüncüsü oldu

22:56

Andrey Demçenko: “Rəhbərlik nə qərar verəcəksə, elə də olacaq”

22:32

“Şəfa” bunu bacaran 27-ci komanda oldu

21:58

Azər Bağırov: “Bəzi şeylər keçən ilə baxanda daha yaxşıdır”

21:23

Premyer Liqa: 32-ci tura 2 oyunla start verilib - YENİLƏNİB

20:58

Avropa çempionatında 3 qızıl, 2 bürünc medal şansı

20:43

Daha bir futbolçu Dünya Çempionatını buraxacaq

20:24

Füzuli Məmmədov: “Hədəf Premyer Liqaya qayıtmaq olacaqsa…”

19:57

Kaxaber Tsxadadze: “Oyunun nəticəsinin turnir cədvəli baxımından əhəmiyyəti yox idi”

19:38

Bundesliqa klubunda yeni müqavilə - RƏSMİ