son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Üç güləşçimiz Avropa Çempionatının finalında

Bölmə adı Güləş
Yayımlandı 24-05-2026, 09:24

Bolqarıstanın Samokov şəhərində keçirilən güləş üzrə U15 Avropa çempionatı sona yaxınlaşır.


Sport1.az xəbər verir ki, yarışın dördüncü günündə sərbəst güləş üzrə millimizin son 7 üzvü mübarizəyə qoşulub və onlardan 3-ü finala yüksəlib.


Yusif Abdullayev (38 kq) ukraynalı İvan Vasilkov (10:0), ermənistanlı Norayr Gevorqyan (11:0) və belçikalı Mohammad Bisultanova (13:1) tam üstünlüklə qalib gəlib. Yusif finalda gürcüstanlı Rezi Yobidzeylə güləşəcək.


Elman İsmayılov (41 kq) gürcüstanlı Giorgi Kavelidze (tuş), belaruslu Yevgeni Latantsov (tuş) və ermənistanlı Tiqran Ağacanyana (11:0) vaxtından əvvəl qalib gələrək adını finala yazdırıb. Elman həlledici görüşdə bolqarıstanlı Simyon Velikovla üz-üzə gələcək.


Məhəmməd Kərimov (44 kq) polşalı Qabriel Mateyko (10:0) və ermənistanlı Aleks Qazaryanı (3:2) mübarizədən kənarlaşdırıb. Yarımfinalda ukraynalı Arsen Pijuka 3:5 hesabıyla məğlub olan Məhəmməd sabah bürünc medal uğrunda güləşəcək.


Adəm Quliyev (52 kq) bolqarıstanlı Petro Karlanqaç (12:0), ermənistanlı Narek Dallakyan (6:2) və israilli Ron Brilmana (10:0) gücünü göstərərək finala vəsiqə qazanıb. Adəm həlledici görüşdə Badruddin Maqomedovla mübarizə aparacaq.


Yusif Hüseynov (62 kq) türkiyəli Yusuf Ayaz (13:0) və ermənistanlı Mer Papikyanı (8:6) üstələsə də, yarımfinalda gürcüstanlı İoane Qavaşelişviliyə 3:5 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək.


Əli Baloğlanov (48 kq) təsnifat mərhələsində gürcüstanlı Zurab Dotiaşviliyə (0:11), Yılmaz Səmədov (57 kq) isə 1/8 finalda bolqarıstanlı Emre Erkanova (2:4) uduzub.

Müəllif: Cahan