İngiltərə Premyer Liqasına yüksələn sonuncu komanda müəyyənləşib

Bölmə adı İngiltərə
Yayımlandı 24-05-2026, 10:36

İngiltərə Premyer Liqasına yüksələn 3-cü komanda məlum olub.


Sport1.az xəbər verir ki, bu gün pley-off finalı baş tutub. 


"Hall Siti" "Uembli" stadionunda "Midlsbro"nu 1:0 hesabı ilə məğlub edib.


Türkiyəli iş adamı Acun Ilıcalının rəhbəri olduğu klub Premyer Liqaya vəsiqə qazanıb.


Qeyd edək ki, elitaya yüksələn digər kollektivlər "Koventri Siti" ilə "İpsviç Taun"dur.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR