02:53 25.02.2026 307

“Futbolçularım qəhrəmanlıq göstərdilər” – Qurban Qurbanov

Çempionlar Liqasının pley-off mərhələsində keçirilən “Nyukasl” – “Qarabağ” oyunundan (3:2) sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.


Sport1.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib…


"Futbolçularıma təşəkkür etmək istərdim. Maraqlı mövsüm keçirdilər. Hər birindən çox razıyam. Göstərdikləri oyuna, performansa, xarakterə görə. Son oyunumuzda da özlərini maksimum yaxşı göstərdilər. Bakıdakı oyundan sonra psixoloji hazırlıq çətin idi. Hissənin əvvəlində buraxılan qollara baxmayaraq, oyundan qopmadılar. “Nyukasl” fanatlarına da təşəkkür edirəm, bəzi anlarda bizə də dəstək olurdular. Bakıya gələn fanatları da çox razı qayıtmışdılar. Öz fanatlarımız da təşəkkür edirəm, bu marafonda yanımızda oldular, dəstək göstərdilər. Çalışdıq onları sevindirək. Onlar üçün böyük futbolun nə olduğunu göstərdik".


– Builki ÇL yolunda komanda üçün əsas dərs nə oldu?

– Hər matç böyük təcrübə idi. Böyük klublara qarşı oynadıq, fərqli oyun sistemlərində oynayan rəqiblərlə üz-üzə gəldik. Hər matç rəqibə fərqli yanaşırdıq. Bizim üçün böyük təcrübə ingilis komandalarına qarşı oynamaq oldu. İngiltərə futbolu bu gün Avropa futbolundan çox fərqlənir. Futbolçuları belə oyunlara hazırlamaq böyük təcrübə idi. Daha yaxşı oyunlar keçirmək istərdik. Amma mümkün qədər özümüzü yaxşı tərəfdən göstərə bildik. Məncə, bunlar tez yaddan çıxmayacaq. Futbolçular fiziki və psixoloji çox yoruldular. Buna baxmayaraq, qarşımıza qoyduğumuz məqsəd maksimum olub və çalışdığımız qədər irəli getməyə çalışdıq. İndi tez toparlanmalıyıq. Komandanı, özümüzü sağlam vəziyyətə gətirməli, yaxşı fikirləşməliyik ki, qarşıdakı oyunlarda, illərdə uğurlu iş görək.


– Beşli müdafiəyə başladıq. Amma sanki bu müdafiənin önündə problem var idi. Bu məsələni necə həll etməyi düşünürsünüz?

– Hər komandanın öz üslubu var. Qarşımıza qoyulan birinci məqsəd sistemimizi qorumaq, daha yaxşılaşdırmaqdır. Bəzən qarşımızda elə rəqiblər olub ki, taktiki, fiziki daha güclü olur. Belə anlarda dəyişikliyə əl atmalı oluruq. Buna görə Bakıda və burda beşli müdafiəni seçdik. Hər sistemi dəyişmək üçün ona uyğun oyunçuların sayını artırmaq lazımdır. Bugünkü nəticələrimizi öz sistemimizlə qazanmışıq. Görsək ki, belə oyun qarşıdakı Avropa matçlarında çətinlik yaşadır, dəyişikliklər edə bilərik.


– Standart vəziyyətlərdən qollar buraxırıq. Bununla bağlı planınız nədir?

– Bu, daha çox rəqibin gücüdür. Hazırlıq görürük, məşqlərdə rəqibin etdikləri bəzi standart vəziyyətlərə çalışırıq, amma real baxmaq lazımdır. Rəqib bizdən üstün idi. Bu, onların güclü tərəfidir. Fərqli-fərqli standartlar yerinə yetirirdilər. Belə komandalara qarşı oynamaq çətindir. İngiltərə klubları standart vəziyyətlərdə daha güclüdür. Ümumiyyətlə, bütün dünyada bu dəqiqə standartlar qələbələrin 30 faizidir. Çox komandalar qələbələri məhz belə qollarla əldə edirlər. Bu gün tək standart vəziyyətlərdə yox, ümumi futbolun strukturunda geridəyik. Avropada futbol sürətli inkişaf edir. Bunlara diqqət edir, möhkəm olmağa çalışırıq.


– Gələcəkdə belə komandalara qarşı nəsə etmək mümkündür?

– Biz bir addım irəli getməyi bacarırıqsa, Avropa futbolu daha çox irəli gedir. Onlar daha sürətlə inkişaf edir. Bəzən analizlər edirik, əvvəl futbolda bu qədər detallar yox idi. Bu gün elə klublar, komandalar formalaşıb ki, hər epizoddan maksimum yararlanır. İstər standartlar, istər aut, istər kornerlər, istər əks-hücumlar… Hamısı sürətli inkişaf edib. Elm kimi futbol da inkişaf edir. Bu ölkələr futbola böyük yatırımlar edir. Futbol o deyil ki, 11 nəfər meydana çıxdı, oynadı. Vacib o qədər detallar var ki. İnfrastruktur, bərpa, sağlamlıq və s. Çox geridəyik. Buna baxmayaraq, futbolçularım qəhrəmanlıq göstərdilər. Həmişə cəsarətli olmağa çalışmışıq. Bunu bacardıq. Bəlkə, rəqiblər bizdən bu cəsarəti gözləmirdi. Sonda Azərbaycan reallığında belə uğur qazandıq, böyük təcrübə topladıq.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:46

Niderland millisinin üzvü A Seriyasında çıxış edə bilər

23:58

“Arsenal” 8 futbolçusu ilə yollarını ayıra bilər

23:37

Millimiz Avropa çempionu oldu

22:58

Taekvondoçumuz Roma Qran-Prisininin qalibi olub

22:34

İraola rəsmən “Liverpul”da

21:56

“Ayın qolu” layihəsinin qalibləri bəlli olub

21:31

Ayxan Abbasov: “Elvin Cəfərquliyev Azərbaycan üçün vacib oyunçudur”

20:57

Emil Balayev: “3 ildən sonra yenidən yığmada olmaq məni sevindirir”

20:26

Siyasət Əsgərov: “İrəli xətdə hər kəsdən qol gözləyirik“

20:23

“Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin açılış mərasimi keçirilib

19:56

Bundesliqadan Premyer Liqaya

19:30

Premyer Liqa klubunda yeni təyinat

19:09

10 cüdoçumuz Avropa Açıq Turnirində iştirak edəcək

18:38

Super Liqa klubunda ayrılıq - RƏSMİ

18:26

“Karvan-Yevlax”dan ayrıldı, İsrail klubuna keçdi - RƏSMİ

17:55

"Karvan-Yevlax" bu futbolçunu yola saldı

17:51

"Qarabağ" 500 min avroya qapıçı transfer edir - İDDİA

16:45

"Sabah" futbolçusu ilə yeni müqavilə imzaladı

16:40

Bundesliqa təmsilçisində yeni baş məşqçi

16:35

Kapitanı "Qəbələ"ni tərk etdi - RƏSMİ

15:43

Kriştianu Ronaldunun transfer dəyəri 10 milyon avroya enib

15:36

“Şəfa” Avropa Futbol Klubları təşkilatına üzv qəbul edildi

15:15

PSJ-nin qələbəsindən sonrakı xaos: Fransada 65 nəfər mühakimə olunur

14:56

"Çelsi"nin ikinci ən çox qol vuran futbolçusu öldü

14:21

"Sabah" kapitanı ilə vidalaşdı - RƏSMİ

14:12

Joze Mourinyo “Real Madrid”də görmək istəmədiyi futbolçuları müəyyənləşdirdi

13:51

Arda Gülərin 65 metrdən vurduğu qol La Liqada mövsümün ən yaxşısı seçildi

13:22

Bu futbolçu Yevlaxdan İsrail klubuna keçdi

13:07

Azərbaycan təmsilçiləri Roma Qran-prisində çıxış edəcəklər

12:36

Azərbaycan millisi Avropa Liqasına hazırlığı başa vurdu

12:20

"Şamaxı" braziliyalı futbolçusunu yola saldı - RƏSMİ

12:04

La Liqanın ən yaxşı baş məşqçisi odur

11:40

Lamin Yamal ardıcıl ikinci dəfə dünyanın ən bahalı futbolçusu seçilib

11:19

Addaidən “Qarabağ” paylaşımı

10:45

"Arsenal"ın müdafiəçisi "Real"ın hədəfində

10:33

İtaliya millisi 114 il sonra

10:12

UEFA pley-off qaydalarını dəyişdi

09:40

UEFA klubların yeni reytinqini açıqladı

09:29

İtaliya millisindən çətin qələbə

09:07

Niderland öz meydanında Əlcəzairə uduzdu

00:24

Millimiz Avropa Çempionatının finalında

23:50

Yığmamızın Malta oyunu öncəsi mətbuat konfransı və məşqin saatı dəyişdi

23:26

“Qarabağ” beynəlxalq turnirdə çıxış edəcək

22:42

Millimiz Dünya Kubokunun pley-in mərhələsində

21:57

La Liqa: Mövsümün ən yaxşı baş məşqçisi müəyyənləşdi

21:30

Fərid Qayıbov Azərbaycanı beynəlxalq yarışlarda uğurla təmsil etmiş idmançılarla görüşüb

20:58

“Trabzonspor”un hücumçusu Yunanıstan klubunda - RƏSMİ

20:33

FIBA-nın milli təlimçisi Ələkbər Həsənov Bolqarıstanda seminarda iştirak edib

20:20

Millimiz Dünya Kubokunda növbəti qələbəsini qazanıb

19:55

“Nyukasl”da yeni müqavilə

19:33

“Napoli” Hoylundla bağlı qərarını verdi - RƏSMİ

19:05

I Liqa klubunda yeni təyinat - RƏSMİ

18:38

Millimizin üzvləri Sumqayıtda şagirdlərlə görüşüb

18:23

Bakıda Ümumdünya Velosiped Gününə həsr olunmuş veloyürüş keçirilib

17:57

Azərbaycan Güləş Federasiyasında iclas

17:43

İngiltərə Premyer Liqasının ən bahalı futbolçuları bəlli oldu

17:22

Vlahoviç “Yuventus”dan ayrılır

16:34

AFFA üç kluba texniki məğlubiyyət verdi

16:21

Azərbaycan təmsilçisi İsveçdə beynəlxalq turnirdə

15:44

Azərbaycanın millisi Qəbələdə Pakistan yığması ilə qarşılaşacaq

15:32

"Gəncə"nin voleybolçusu Ukrayna millisinə dəvət aldı

15:09

Azərbaycan təmsilçiləri Uralsk reqatasını medallarla başa vurdular

14:24

Milli komandalarda ən çox qol vuran 5-ci futbolçu oldu

14:07

AFFA "Turan Tovuz"un UEFA Konfrans Liqasından kənarlaşdırıldığını təsdiqlədi

14:02

Azərbaycanın U-20 millisinin növbəti rəqibi müəyyənləşdi

13:40

"Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi

13:27

İngiltərə klubu 4 futbolçu ilə vidalaşdı

13:06

“Qəbələ”dən ayrılan futbolçunun paylaşımı

12:44

Konate DÇ-2026-dan əvvəl qərar vermək istəyir

12:22

Keyn yenidən "Barselona"nın hədəfində