son dəqiqə SON DƏQİQƏ
Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə qələbə ilə start verdi ●

Ulduz futbolçu saxlanıldı - NARKOTİKDƏN İSTİFADƏYƏ GÖRƏ

Bölmə adı İngiltərə
Yayımlandı 31-05-2026, 00:27

​İngiltərə millisinin sabiq üzvü Rahim Sterlinq yol-nəqliyyat hadisəsindən sonra narkotik vasitənin təsiri altında avtomobil idarə etmə şübhəsi ilə həbs olunub.


Sport1.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.


​31 yaşlı futbolçu narkotik vasitənin təsiri altında vəziyyətində sükan arxasında olmaq, təhlükəli sürücülük, "C" qrupuna aid narkotik maddə saxlamaq və analiz üçün nümunə verməkdən imtina etmək şübhəsi ilə saxlanılıb.


​Hadisə cümə axşamı səhər saatlarında "Lamborghini" markalı avtomobilin Hempşir qraflığındakı M3 magistralında çəpərə çırpılmasından sonra baş verib. "Feyenoord"un vingeri təhqiqat müddətində zaminə buraxılıb.


​Polisinin bəyanatında deyilir:


​"Cümə axşamı səhər saat 9-a qalmış M3 magistralının cənub istiqamətində, Minli qovşağı yaxınlığında 'Lamborghini' markalı avtomobilin çəpərlərə çırpılması barədə məlumat daxil olub. Hadisədə digər nəqliyyat vasitələri iştirak etməyib, xəsarət alan yoxdur.


​Sürücü - Berkşir sakini olan 31 yaşlı kişi nəqliyyat vasitəsini narkotik vasitənin təsiri altında idarə etmə, təhlükəli sürücülük, "C" sinfinə aid narkotik maddə saxlama və analiz üçün nümunə verməkdən imtina etmə şübhəsi ilə həbs olunub. O, təhqiqat yekunlaşana qədər zaminə buraxılıb".


​Xatırladaq ki, Sterlinq "Çelsi" ilə müqaviləsinə xitam verdikdən sonra fevralda "Feyenoord"a keçib. O, mövsümün ikinci yarısında oyuna çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR