
“Kəpəz” baş məşqçisi Azər Bağırovla yollarını ayırıb.
Sport1.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mütəxəssislə yeni anlaşma əldə olunmayıb.
Bağırovun “Şamaxı”ya keçəcəyi gözlənilir.
“Kəpəz” başa çatan mövsümdə Misli Premyer Liqasında 10-cu yeri tutub.