son dəqiqə SON DƏQİQƏ
"Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ●

Atletlərimizdən Avropa Çempionatında uğurlu çıxış

Bölmə adı Digər
Yayımlandı 30-05-2026, 22:46

Bu gün Monakoda atletika üzrə Avropanın kiçik ölkələrinin çempionatı keçirilib.

 

Sport1.az xəbər verir ki, Kiçik Avropa Dövlətləri Atletika Assosiasiyasının təşkilatçılığı və Avropa Atletikasının dəstəyi ilə baş tutan yarışda 17 ölkədən 300-ə yaxın idmançı mübarizə aparıb.


II Lui stadionunda keçirilən çempionatda milli komandamızın üzvləri uğurlu çıxışla yadda qalıb. Lamiyə Vəliyeva 100 metr məsafəyə qaçışda 11.91 saniyə göstərici ilə 2-ci yeri tutub. 


400 metr məsafəyə qaçışda İlahə Quliyeva 54.64 saniyə nəticə ilə bürünc medal qazanıb. Quliyeva bu göstərici ilə Azərbaycan rekordunu da yeniləyib.


Nüvəitələmə növündə isə Səkinə Hacızadə 12.78 metr nəticə ilə 3-cü olub.


Lamiyə Vəliyeva, İlahə Quliyeva, Safiya Kərimova və Fəridə Rzayevadan ibarət komandamız isə İsveç estafetində bürünc medallara sahib çıxıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR