
“Sabah” Cesse Sekidika ilə yollarını ayırıb.
Sport1.az xəbər verir ki, Masazır təmsilçisi mövsümün sonunda müqaviləsi başa çatan 29 yaşlı oyunçu ilə yeni anlaşma imzalamamaq barədə qərar qəbul edib.
Komandanın heyətində uğurlu dönəm keçirən futbolçu klubun tarixinə düşməyi bacarıb. O, “Sabah”ın heyətində bir dəfə Azərbaycan çempionluğu, iki dəfə isə ölkə kubokunun sevincini yaşayıb.
Qeyd edək ki, Sekidika meydana çıxdığı 107 qarşılaşmada 21 qol və 18 məhsuldar ötürmə ilə yadda qalıb.