21:53 14.03.2026 131

"Hələ optimal formamızdan uzağıq" – Qurban Qurbanov

"Qarabağ" Misli Premyer Liqasının 24-cü turunda səfərdə "Zirə"ni 3:1 hesabı ilə məğlub edib.


Sport1.az xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


"Futbolçularımı təbrik edirəm. Çox yaxşı mübarizə oldu, yaxşı dinamika var idi. Vacib oyun idi. Qarşımızda çox istəkli, bizi çox yaxşı təhlil edən kollektiv dayanmışdı. Sona qədər təslim olmadılar. Bizə rahat oynamağa imkan vermədilər. Rəşad Sadıqova və komandasına uğurlar arzulayıram"


- Uzun illərdir belə söhbətlər var ki, “Qarabağ” avrokuboklarda iştirakını dayandırdıqdan sonra daxili turnirlərdə qarşısıalınmaz olur, daha çox fokuslana bilir. Bu fərqi özünüz də hiss edirsiz?


- 100 faiz. Avrokubok oyunları olmayanda daha sərbəst olursan. Amma hələ optimal formamızdan uzağıq. Tam özümüzə gəlməmişik. Bəzi futbolçuların performansında çatışmazlıqlar var. Komanda bir az çox yorulur. Çempionlar Liqasında hər oyunda çox enerji itirdilər. Gərgin mövsüm keçdi. Hər matçdan öncə məsuliyyət, stress... Futbolçular çox yükləndilər. Hətta özüm də. İnanıram ki, qarşıdakı matçlara daha yaxşı köklənəcəklər. Hələ qarşıda yenə sıx qrafik olacaq. 3-4 gündən bir oynayacağıq. Xeyirlisi. Yenə də çalışacağıq ki, futbolçuları tam hazır edək və sıx qrafikə uyğunlaşsınlar. Bəli, düşüncə var ki, Avropa oyunları olmayanda hər məşqə və oyuna daha yaxşı fokuslanırlar.


- Leandro Andrade oyuna mərkəzdə başladı. Necə təsir bağışladı?


- Oyunun gedişatında olan rotasiya idi. Gözləyirdim ki, matçın gedişatında rotasiya edək. Leandro həm sağ, həm sol cinahda, həm də ortada oynamağaı bacarır. Çox yaxşı performans göstərdi. 


- Kamilo Duranın Kolumbiya millisinə dəvət edilməsini gözləyirdiz? Dünya çempionatına getməsini real sayırsız?


- Qabiliyyətli futbolçudur. Onun sürəti, davranışı, idman xarakteri imkan verə bilər ki, daha böyük futbolçu olsun, daha böyük turnirlərdə oynasın. Buna sevinərik. Görək hansı qərarları verəcəklər.


- Apreldə "Sabah" və Neftçi" ilə ardıcıl oyunlarınız var. Bu cür qrafikə görə üzülmürsüzki?


- Kubok və çempionat oyunlarını ardıcıl eyni komanda ilə oynamaq xoş deyil. Bəzən azarkeşlər üçün də bir rəqiblə oynayıb, sonra pauza edib yenidən onlarla oynamaq yaxşıdır. Yəqin qrafik sıxdır deyə, belə olub. Hər iki komanda üçün eyni vəziyyət olacaq. Mən də istəyərdim ki, bir rəqiblə oynadıqdan sonra vaxt olsun, hazırlaşaq. 


- Kris Kuaku rəqabətə hazır deyildi deyə, ayrıldı?


- İntizamlı futbolçu idi. Özü də daha çox oynamaq istəyirdi. Az oynayırdı. Məşqçi olaraq onu başa düşərək, "yox" demədim. Onda da alınmadı, bizdə də. İndidən sonra oyunların sayı az olacaq, ehtiyac görmədik ki, onun qarşısını kəsək.


- Rui Jorjenin U-20 millisinə təyinatını necə qarşıladız?


- Xeyirli olsun. Müzakirə olunan məsələ idi, hazırlıq gedirdi. Uğurlu olsun. 


- Joni Montiel və Marko Yankoviç arasında seçim edəndə, çox düşünürsüz?


- İkisinin də meydanda olduğu vaxtlar çox olub. Son bir neçə matçda Yankoviç ardıcıl oynadı və yorğunluq ola bilər. Əsas odur ki, formada olsunlar və mən fikirləşim ki, kimi oynadaq (gülür).


- Sizcə, "Qalatsaray" "Liverpul" səddini İngiltərədə keçə bilər?


- İnamımız böyükdür. O stadionda oynamaq asan deyil. Amma "Qaltasaray"a bol-bol uğurlar arzulayırıq, dualarımız onlarladı. Allah qoysa, keçərlər. Onlar da çox yaxşı formadadır. Yaxşı xarakterli kollektiv var, təslim olmağı xoşlamırlar. 


- Çempionlar Liqasında komandanız uğurlu çıxış etdi. Sizin özünüzə təkliflər var?


- Bakıdayıq da hələ (gülür).


- Sami Mmae əsas komandaya geri qaytarıla bilər?


- Ola bilər. Cəzalandırılmışdı. Qarşıdakı fasilədə baxacağıq.


- “Sabah”ın büdrəməsini real hesab edirsiz?


- Bu dəqiqə çox yaxşı “Sabah” var. Özünəməxsus oyun üslubu olan komandadır, yaxşı kollektiv və yaxşı baş məşqçiləri var. Üstünlük onlar tərəfdədir. Amma sona qədər mübarizə aparacağıq. Heç kimə təslim olmurlar. Qarşıdakı matçlarda mütləq daha istəkli, daha ciddi olmalıyıq. Xeyirlisi. Heç vaxt deməmişəm ki, taleyimiz öz əlimizdədir, hər şey Allahın əlindədir.


- “Sabah”ın Qubadakı stadionda bu qədər qol vuracağını gözləyirdiz?


- Hazırkı “Sabah”ın istənilən komandaya o sayda qol vuracağını gözləyirəm. Bizimlə oyundan daha yaxşı idi stadionun durumu. Nə qədər futbolçu zədədən qurtuldu orada.

Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

15:05

Fernando Muslera tarixə düşdü

14:54

"Araz-Naxçıvan" baş məşqçisini açıqladı - RƏSMİ

14:47

London klubunun istədiyi yarımmüdafiəçi

14:26

Millidə yeni baş məşqçi

14:04

Avtoqol sayı artdı

13:30

Federasiyada yeni komitə yaradıldı

13:08

"Şəfa" daha bir futbolçunu saxladı

13:05

Neymar yenə oynamayacaq

13:04

"Zirə"də yeni müqavilə - RƏSMİ

12:28

"Nəticədən razı deyiləm"

12:02

Çempionlar Liqası: "Sabah"ın mümkün rəqibləri azaldı

11:39

"Zirə"nin beş potensial rəqibi

11:22

"Yuventus" onun transfer hüquqlarını əldə etdi

11:01

İngiltərə klubunda yeni baş məşqçi

10:50

Millimizin futbolçusu Türkiyə klubunda

10:31

DÇ-2026: Günün oyunları - AFİŞA

10:15

Rumınlar “Qarabağ”dan ehtiyatlanır

10:00

"Sabah"da yeni müqavilə - RƏSMİ

09:40

DÇ-2026: İran millisindən heç-heçə

09:29

Səudiyyə Ərəbistanı - Uruqvay matçında qalib müəyyənləşmədi

09:00

Klublarımızın avrokuboklardakı rəqibləri bu gün bəlli olacaq

00:58

DÇ-2026: İspaniya Kabo-Verde ilə, Belçika Misirlə bacarmadı - YENİLƏNİB

00:57

Millimizin üzvü Türkiyə klubunda - RƏSMİ

23:56

Millimizin rəqibləri müəyyənləşib

23:27

CAS qərarını verdi - “Turan Tovuz” Konfrans Liqasında çıxış etməyəcək

22:22

“Şəfa” üç futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

22:11

DÇ-2026: Belçika - Misir: HEYƏTLƏR

21:32

Azərbaycan və Venesuela idman əməkdaşlığını genişləndirir

20:52

İki boksçumuz Dünya Kubokuna qələbə ilə başlayıb

20:42

İtaliya klubunda yeni təyinat - RƏSMİ

20:26

Türkiyə klubu millimizin üzvü ilə maraqlanır - İDDİA

19:56

Premyer Liqa klubunun yeni baş məşqçisi bəlli oldu

19:25

Boksçularımızdan Millətlər Kubokunda 13 medal

19:12

DÇ-2026: İspaniya - Kabo-Verde - HEYƏTLƏR

18:26

7 şahmatçımız Dünya Çempionatında çıxış edəcək

18:00

Baş məşqçi: "Daha çox qol vura bilərdik"

17:52

AFFA-nın baş katibi FIFA-nın sammitində

17:29

Fatih Terim Türkiyə millisinin şanslarını dəyərləndirdi

17:07

London klubu mərakeşli futbolçunu istəyir

16:50

Məğlubiyyətsizlik seriyası artdı

16:30

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

16:16

Fransanın yox, Əlcəzairin oyununa gedəcək

16:00

“Kəpəz”dən ayrılan futbolçu bu kluba keçdi

15:40

Mourinyonun köməkçisi olacaq

15:30

Murad Məmmədov "Pafos"la müqavilə imzaladı

15:15

19 yaşlı futbolçu evində ölü tapıldı

14:49

DÇ-2026-da su fasiləsi ilə bağlı şok iddia

14:28

“Mançester Yunayted” rəhbərliyinin arzusu

14:04

"Bərabərlik qolu komandanın xarakterini göstərdi"

13:39

Mundiallarların rekordçusu – almanlar

12:49

Fransa klubunda yeni baş məşqçi

12:30

“Sabah”ın idman direktoru açıqlandı - RƏSMİ

12:02

“Bavariya”ya keçir

11:40

“Barselona” İngiltərədən hücumçu gətirir

11:25

"Yaponiyanın bizdən qorxduğunu hiss etdim"

11:11

İranın baş məşqçisi çətinlikləri açıqladı

10:49

Qeyci yüngül çəkidə çempion oldu

10:31

Ukraynalı mütəxəssis hansı klubumuza gəlir?

10:10

Milli ABŞ-a vaxtında çata bilmədi

09:50

Almaniya - Kurasao oyunu tarixə düşdü

09:28

13 ölkədən narazılıq

09:00

DÇ-2026: Niderlanddan heç-heçə, İsveçdən darmadağın

00:23

"Turan Tovuz" yay təlim-məşq toplanışının ilk mərhələsinə start verdi

23:45

Noyerdən yeni rekord

23:05

DÇ-2026: Almaniya debütantı darmadağın etdi

22:36

İdmançımız Rabatda keçirilən Karate1 Premyer Liqasında qızıl medal qazanıb

21:46

Azərbaycanlı qrossmeyster Özbəkistanda çempionluğunu rəsmiləşdirdi

20:15

Millimiz Avropa Kubokunun finalında

19:07

“Atletiko”nun qolkiperi İtaliya klubuna keçə bilər

18:05

Dibala gələcəyi ilə bağlı qərarını verdi