
“İnter” İngiltərənin “Liverpul” klubunun futbolçusu Kurtis Consu transfer etmək istəyir.
Sport1.az xəbər verir ki, bu barədə insayder Nikolo Şira məlumat yayıb.
“Neradzurra” 25 yaşlı yarımmüdafiəçi üçün 25 milyon avro təklif etməyi planlaşdırır. Kurtis özü də “İnter”də oynamağa müsbət yanaşır. Klublar arasında yaxın zamanda danışıqlar başlayacaq.
Qeyd edək ki, Cons “Liverpul”un yetirməsidir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimidir. Yarımmüdafiəçi “qırmızılar”la 228 oyunda 22 qol vurub, 25 məhsuldar ötürmə edib.