
“Liverpul”un futbolçusu Körtis Consun gələcəyi ilə bağlı yeni iddia ortaya çıxıb.
Sport1.az “La Gazzetta dello Sport”a istinadla xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə “Qalatasaray” və “İnter” maraqlanır.
İngiltərə millisinin üzvü daha çox oyun praktikası qazanmaq istəyir. Bu səbəbdən onun mövsümün sonunda “Liverpul”dan ayrılmaq variantını nəzərdən keçirdiyi bildirilir.
İddialara əsasən, Cons “Qalatasaray”ın marağına baxmayaraq, karyerasını İtaliyada davam etdirməyə daha isti yanaşır. Futbolçunun “İnter” layihəsinə üstünlük verdiyi qeyd olunur.
“Liverpul”un yarımmüdafiəçi üçün 30 milyon avrodan çox transfer haqqı tələb etdiyi bildirilir. “İnter”in təklifinin isə hələlik 20 milyon avro səviyyəsində olduğu vurğulanıb.