son dəqiqə SON DƏQİQƏ
"Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ● "Bunlardan birini bacardıq və bir iz buraxdıq" ● Cüdo üzrə Dünya Çempionatı: Zelim Tçkayev 1/8 finala vəsiqə qazanıb ● Günün oyunları: ●

“Zirvəyə doğru – Qazax 2026” turniri başa çatıb

Bölmə adı Digər
Yayımlandı 30-05-2026, 21:35

Qazax rayonunun 2026-cı il üçün “İdman Paytaxtı” seçilməsi münasibətilə Azərbaycan Alpinizm Federasiyası tərəfindən, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə 27–29 may 2026-cı il tarixlərində “Zirvəyə doğru – Qazax 2026” turniri olan gənclər və tələbələrdən ibarət 35 nəfərlik iştirakçı qrupu Qazax rayonunun təbii, tarixi və idman potensialı ilə yaxından tanış olmaq imkanı əldə edib.


Sport1.az xəbər verir ki, layihənin təşkilində Qazax Rayon İcra Hakimiyyəti və Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsi tərəfindən dəstək göstərilib.


Tədbir iştirakçıları Qarasu gölü ərazisində qurulmuş düşərgədə iki gecə keçiriblər. Proqramın ilk günündə qayalıq ərazilərdə dırmanma texnikalarının mənimsənilməsi və təkmilləşdirilməsi məqsədilə praktiki məşğələlər təşkil olunub. Təlimlər zamanı iştirakçılar təhlükəsizlik qaydaları, qayalarda hərəkət texnikaları və əsas dırmanma vərdişləri üzrə bilik və bacarıqlarını artırıblar.


Turnir çərçivəsində həyata keçirilən yürüş proqramı iştirakçıları rayonun mühüm təbii və tarixi məkanları ilə tanış edib. Marşrut Damcılı bulağı, Avey məbədi, Qızılqaya ərazisi və təbii mağaraları əhatə edib. Eyni zamanda iştirakçılar Göyəzən dağı istiqamətində yürüşündə iştirak edərək bölgənin landşaft xüsusiyyətlərini, təbii irsini və turizm imkanlarını yaxından müşahidə ediblər.


Turnirin əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin təşviqi, dağçılıq və ekoturizm mədəniyyətinin təbliği, habelə regionların idman və turizm potensialının tanıdılmasına töhfə vermək olub.


“Zirvəyə doğru – Qazax 2026” turniri iştirakçılar arasında aktiv istirahət və dağçılıq fəaliyyətlərinə marağın artırılması, komanda ruhunun möhkəmləndirilməsi və ölkənin təbii irsinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyıb.

Müəllif: Cahan
OXŞAR XƏBƏRLƏR