
Əlverişsiz hava şəraiti səbəbindən “Ağstafa Gəncləri” komandasının ev oyunlarını keçirdiyi Ağstafa şəhər stadionunun ot örtüyü yararsız vəziyyətə düşüb.
Sport1.az PFL-ə istinadən xəbər verir ki, bununla əlaqədar olaraq II Liqanın 20-ci turu çərçivəsində 29 mart tarixində keçiriləcək “Ağstafa Gəncləri” – “Quba” oyununun yeri dəyişdirilib.
Hər iki klubla müzakirənin yekunu olaraq Peşəkar Futbol Liqası qarşılaşmanın Göygöl Olimpiya İdman Kompleksinin stadionunda keçirilməsinə qərar verib.
Oyunun başlanma saatında və digər detallar ilə bağlı dəyişiklik yoxdur.