son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

II Liqa klubları cəzalandı

Bölmə adı II Liqa
Yayımlandı 1-10-2025, 15:11

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sport1.az xəbər verir ki, toplantıda II Liqanın IV turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

29.09.2025-ci il tarixində II Liqada IV turun “Ağdaş” – “Quba” oyununda “Ağdaş” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağdaş” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

29.09.2025-ci il tarixində II Liqada IV turun “Ağdaş” – “Quba” oyunu bitdikdən sonra “Ağdaş” komandasının 11 nömrəli futbolçusu Elvin İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Ağdaş” komandası 150 manat cərimə edilsin (maddə 45.1);

29.09.2025-ci il tarixində II Liqada IV turun “Ağdaş” – “Quba” oyunu bitdikdən sonra “Ağdaş” komandasının 14 nömrəli futbolçusu Ağamurad Hüseynov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Ağdaş” komandası 800 manat cərimə edilsin (maddə 52.3);

29.09.2025-ci il tarixində II Liqada IV turun “Ağdaş” – “Quba” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Ağdaş” komandası 250 manat cərimə edilsin (maddə 86.3);

29.09.2025-ci il tarixində II Liqada IV turun “Ağdaş” – “Quba” oyunu bitdikdən sonra “Quba” komandasının 76 nömrəli futbolçusu Nihad Əliyev qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun cəzalansın, “Quba” komandası 800 manat cərimə edilsin (maddə 52.3);

29.09.2025-ci il tarixində II Liqada IV turun “Dinamo” – “Göygöl” oyununda “Dinamo” komandasının həkimi olmadığına görə “Dinamo” komandası 100 manat cərimə edilsin (maddə, 68)

29.09.2025-ci il tarixində II Liqada IV turun “Dinamo” – “Göygöl” oyununda “Göygöl” komandasının həkimi olmadığına və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Göygöl” komandası 150 manat cərimə edilsin (maddə 99, 94, 68);

30.09.2025-ci il tarixində II Liqada IV turun “Xankəndi” – “Sheki City” oyununun 45+2-ci dəqiqəsində “Xankəndi” komandasının 77 nömrəli futbolçusu Əziz Hüseynov ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra hakimi təhqir etdiyinə görə 4 oyun cəzalansın, “Xankəndi” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

30.09.2025-ci il tarixində II Liqada IV turun “Şəmkir” – “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

30.09.2025-ci il tarixində II Liqada IV turun “Şəmkir” – “Ağstafa Gəncləri” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şəmkir” komandası 250 manat cərimə edilsin (maddə 86.3);

30.09.2025-ci il tarixində II Liqada IV turun “Kür-Araz” – “Şirvan” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə matç gec başladığı üçün “Kür-Araz” komandası 200 manat cərimə edilsin (maddə 57.2);

II Liqada çıxış edən “Sheki City” komandasının rəsmisi Elgün Hüseynov bəzi futbolçuların sənədlərini düzgün təqdim etmədiyinə görə 6 ay müddətinə futbolla bağlı fəaliyyətdən məhrum edilsin. (maddə 97, 11)

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR