son dəqiqə SON DƏQİQƏ
Maradonanın məşhur qolunun topu 3,3 milyon dollara alındı BOS-da Təhlükəsizlik konfransı keçirildi FİDE rəsmisi Afrikada vəfat edib “Nitsa”dan “Hamburq”a Azərbaycan millisi pley-offa yüksəldi I Liqada klubunu dəyişdi Velko Simiç: “Biz böyük komandayıq” Bakıdakı mundialın hakimləri müəyyənləşib Dambrauskas: “Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq” “Səbail” toplanışı qalib başa vurdu MPL: III turun oyun cədvəli açıqlanıb “Hapoel”in qapıçısı: “Tamamilə bu oyuna köklənmişik” “Hapoel”in baş məşqçisi: “ Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik” I Liqa klubundan yeni transfer Bakıda SUP üzrə turnir keçirilib Bölgə klubunda yeni baş məşqçi AÇ: Niderlanddan ikinci qələbə Millimizin sabiq üzvü Azərbaycandan getdi, bu klubla müavilə imzaladı Avropa Birinciliyi: Kamran Xappayev Kosovoda bürünc medal qazanıb Dünya Çempionatı: İdmançılarımız yarışı 2 medalla başa vurub Poznan şəhərində ölkəmizi təmsil edəcək idmançının adı açıqlanıb Misli Premyer Liqasında çıxış etmiş oyunçu bu klubla müqavilə imzalayıb Mahmud Qurbanov millidə - Milli üzvü sonradan oyuna daxil oldu, komandası heç-heçə etdi "Sabah"la kritik qarşılaşmada neçə "Hapoel" azarkeşi Bakıya gələcək? "Turan Tovuz" azarkeşləri bu dəfə də diqqət mərkəzində - "Gəncə"də 3 ayrılıq - Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək -

Mövsümün ilk cərimələri

Bölmə adı II Liqa
Yayımlandı 9-09-2025, 15:56

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Sport1.az xəbər verir ki, toplantıda II Liqanın I turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib.

06.09.2025-ci il tarixində II Liqada I turun “Göygöl” – “Araz Saatlı” oyununda “Göygöl” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

06.09.2025-ci il tarixində II Liqada I turun “Göygöl” – “Araz Saatlı” oyununda oyun günü planı pozulduğuna görə (himnlər səsləndirilməyib) “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 61.1);

06.09.2025-ci il tarixində II Liqada I turun “Göygöl” – “Araz Saatlı” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 57.2);

06.09.2025-ci il tarixində II Liqada I turun “Göygöl” – “Araz Saatlı” oyununda “Araz Saatlı” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

06.09.2025-ci il tarixində II Liqada I turun “Şirvan” – “Şəmkir” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Şirvan” komandası 250 manat cərimə edilsin (maddə 86.3);

07.09.2025-ci il tarixində II Liqada I turun “Ağstafa Gəncləri” – “Sheki City” oyununun fasiləsində və matç bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Ağstafa Gəncləri” komandası 250 manat cərimə edilsin (maddə 86.3);

07.09.2025-ci il tarixində II Liqada I turun “Kür-Araz” – “Ağdaş” oyununda “Kür-Araz” klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

07.09.2025-ci il tarixində II Liqada I turun “Kür-Araz” – “Ağdaş” oyununun 64-cü dəqiqəsində “Kür-Araz” klubunun 99 nömrəli futbolçusu Əzəmət Museyibov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalansın, “Kür-Araz” komandası 100 manat cərimə edilsin (maddə 46);

07.09.2025-ci il tarixində II Liqada I turun “Kür-Araz” – “Ağdaş” oyununda “Kür-Araz” klubu matçın ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə “Kür-Araz” komandası 150 manat cərimə edilsin (maddə 84.1);

07.09.2025-ci il tarixində II Liqada I turun “Kür-Araz” – “Ağdaş” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığına görə “Kür-Araz” komandası 200 manat cərimə edilsin (maddə 57.2).

Qeyd: İntizam Komitəsinin qərarından apellyasiya şikayəti bu barədə bildiriş verildikdən sonra 15 (on beş) gün ərzində Apellyasiya Arbitraj Tribunalın İntizam Palatasına verilə bilər.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR