son dəqiqə SON DƏQİQƏ
AÇ: Boksçularımızın ilk rəqibləri məlum olub ● “Sumqayıt” mövsümə qələbə ilə başladı ● Millimizin rəqibləri bəlli olub ● II Liqa: VI turun təyinatları açıqlanıb ● Millimizin heyətində dəyişiklik ● “Kəpəz” I Liqa təmsilçisi ilə üz-üzə gəlib ● “Fənərbağça” “Turan Tovuz” üçün Bakıda ● Azərbaycan klubu beynəlxalq turnirdə çıxış edəcək ● “Neftçi” “Araz-Naxçıvan”a qalib gəlib ● Bakıda yeni xizək mərkəzi fəaliyyətə başlayıb ● Premyer Liqa klublarının yay transferləri ● "Səbail"dən böyükhesablı qələbə ● "Turan Tovuz" - "Fənərbağça" oyunu: ● II Liqada 7-ci və 8-ci turun oyun cədvəli açıqlanıb ● "Kəpəz" yoxlama matçına çıxıb ● Şəkidə bədii gimnastika üzrə regional yarış təşkil olunacaq ● Tiranadakı beynəlxalq turnirdə iştirak edəcək idmançılar bəlli olub ● Respublika Stadionunda tarixi oyun: "Neftçi" yenidən "Spartak"la üz-üzə ● "1 və ya 3 xal qazanmaq üçün bəzən bir qədər bəxt amili də lazımdır" ● ML: Azərbaycan millisinin Litva ilə qarşılaşmasının hakim təyinatları ● Cahangir Fərəcullayevin xarabalığa çevirdiyi Azərbaycan futbolu ● "Neftçi" azarkeşləri üçün növbəti kampaniyaya start verdi ● Üzgüçülük üzrə Dünya Kuboku: Yarışın ikinci gününə start verilir ● "Biz epizodlarımızı dəyərləndirə bilsəydik, 6-7 qol vura bilərdik" ● "Mental olaraq hazırda komandamız yaxşı durumda deyil" ● Günün oyunları: ● Türkiyə millisi Belçika səfərində, Gürcüstan Macarıstanla qarşılaşır ● Azərbaycan Basketbol Liqası: NTD "Sumqayıt"la qarşılaşır ●

"Kəpəz" 10000 manat cərimə edilib

Bölmə adı Futbol
Yayımlandı 30-10-2025, 13:37

İntizam Komitəsinin iclası keçirildi

Sport1.az xəbər verir ki, bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

Misli Premyer Liqası IX tur

24.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun “Kəpəz” – “İmişli” oyununun 25-ci dəqiqəsində “Kəpəz” komandasının qapıçısı Məmməd Hüseynov xəsarətlə nəticələnən ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Kəpəz” klubu 1000 manat cərimə edilsin (maddə 44.2);

24.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun “Kəpəz” – “İmişli” oyununun 38-ci dəqiqəsində “Kəpəz” komandasının azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə “Kəpəz” klubu 6000 manat cərimə edilsin (maddə 52.5);

24.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun “Kəpəz” – “İmişli” oyununun 68-ci dəqiqəsində “Kəpəz” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Kəpəz” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);

25.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun “Araz-Naxçıvan” – “Sabah” oyununda “Sabah” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sabah” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

26.10.2025-ci il tarixində Misli Premyer Liqasında IX turun “Qəbələ” – “Neftçi” oyunu bitdikdən sonra “Neftçi” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Neftçi” komandası 3000 manat cərimə edilsin (maddə 86.3);



I Liqa VI tur

22.10.2025-ci il tarixində I Liqada VI turun “Şimal” – “Difai” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

22.10.2025-ci il tarixində I Liqada VI turun MOİK – “Baku Sportinq” oyununun 68-ci dəqiqəsində “Baku Sportinq” komandasının 6 nömrəli futbolçusu Hüseyn Babayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Baku Sportinq” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);

23.10.2025-ci il tarixində I Liqada VI turun “Zaqatala” – “Mingəçevir” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

23.10.2025-ci il tarixində I Liqada VI turun “Zaqatala” – “Mingəçevir” oyununda topdaşıyan və xərəkdaşıyanların say tərkibi pozulduğuna görə “Zaqatala” komandası 600 manat cərimə edilsin (maddə 59.1);



II Liqa VI tur



20.10.2025-ci il tarixində II Liqada VI turun “Şəmkir” – “Qaradağ Lökbatan” oyunu bitdikdən sonra “Şəmkir” komandasının azarkeşləri meydançaya daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “Şəmkir” komandası 500 manat cərimə edilsin (maddə 86.3);

20.10.2025-ci il tarixində II Liqada VI turun “Şəmkir” – “Qaradağ Lökbatan” oyununda “Şəmkir” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Şəmkir” komandası 200 manat cərimə edilsin (maddə 86.3);

20.10.2025-ci il tarixində II Liqada VI turun “Şəmkir” – “Qaradağ Lökbatan” oyununda “Şəmkir” komandasının azarkeşləri tərəfindən hakimlər təhqir edildiyinə görə “Şəmkir” komandası 500 manat cərimə edilsin (maddə 52.5);

21.10.2025-ci il tarixində II Liqada VI turun “Ağdaş” – “Sheki City” oyununda “Sheki City” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

21.10.2025-ci il tarixində II Liqada VI turun “Araz Saatlı” – “Xankəndi” oyununun 52-ci dəqiqəsində “Araz Saatlı” komandasının 4 nömrəli futbolçusu Rafiq Abdullayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Araz Saatlı” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);



Əvəzedicilər liqası VIII tur

27.10.2025-ci il tarixində Əvəzedicilər liqasında VIII turun “Qəbələ-2” – “Qarabağ-2” oyununa Təcili Tibbi Yardım avtomobilinin təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ-2” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 57.2);



Bizon Azərbaycan Kuboku II təsnifat

28.10.2025-ci il tarixində Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Karvan-Yevlax” – “Sheki City” oyununun 99-cu dəqiqəsində “Karvan-Yevlax” komandasının 5 nömrəli futbolçusu Nika Çaçaşvili ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Karvan-Yevlax” komandası 500 manat cərimə edilsin (maddə 17.5, 17.7);

29.10.2025-ci il tarixində Bizon Azərbaycan Kubokunda II təsnifat mərhələsinin “Şimal” – “Şahdağ Qusar” oyununda “Şimal” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şimal” komandası 210 manat cərimə edilsin (maddə 43.1).

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR