son dəqiqə SON DƏQİQƏ
Millinin gənc üzvü ilə bağlı qərar verildi Murov Az Terminal” yeni hücumçu transfer etdi Avropa Çempionatı: Bu gün Bakıda C qrupunun daha 2 matçı keçiriləcək Belarus millisi ev oyunlarını Azərbaycanda keçirəcək? - Qurban Qurbanov bu göstərici üzrə dünya futbolunda U-20 Dünya Çempionatı: Daha altı güləşçimiz xalça üzərinə çıxacaq Toralın komandası məğlub olub "Ərzurumspor" evdə son çempiona uduzub, Nəriman Axundzadə isə... Millinin kapitanı: "Çox səhvlər etdik, boynumuza alırıq" Günün oyunları: MPL: "Şəfa" Qəbələ səfərində, "Zirə" "İmişli"ni qəbul edəcək - Premyer Liqa klublarının yay transferləri İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb “Əl-Hilal”dan ayrıldı “Barselona”dan “Braqa”ya Premyer Liqa klubundan 30 milyonluq transfer Avropa Çempionatına qələbə ilə start FİFA-dan Argentina millisinin futbolçularına ağır cəza Güləşçilərimiz dünya ikincisi oldular Millimiz Andorra ilə qarşılaşacaq Qadın voleybolçular arasında Avropa Çempionatının açılış mərasimi keçirilib İngiltərə millisinin üzvü “Arsenal”da Boksçularımız Avropa çempionatını 2 medalla başa vurub Millimiz 6 yığma ilə birgə toplanış keçir Livakoviç “Barselona”ya keçir? Yeni klubu bəlli oldu “Qalatasaray”da ayrılıq Taekvondoçularımızdan Qazaxıstanda 18 medal

"Səbail"in şikayəti təmin edilmədi

Bölmə adı Premyer Liqa
Yayımlandı 4-04-2025, 17:28

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının qərarları açıqlanıb.

Sport1.az xəbər verir ki, bu barədə milli assosiasiyanın rəsmi saytı məlumat yayıb.

“Səbail” komandasının futbolçusu Süleyman Alluş, “Neftçi-2”dən Həbib İsmayılov, “Marafon” İdman klubunun futbolçusu Əliyev Orxan “Lion” Peşəkar Futbol Klubunun futbolçusu Seymur Şükürlü ilə bağlı şikayətlərə baxılıb.

“Səbail” komandasının futbolçusu Süleyman Alluş (Soulyman Allouch) barəsində verilən qərardan şikayətə baxılmasına dair

1. “Səbail” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 9 mart 2025-ci il tarixdə Misli Premyer Liqasında XXVI tur çərçivəsində keçirilən “Zirə” – “Səbail” oyununun 74-cü dəqiqəsində “Səbail” komandasının 14 nömrəli futbolçusu Süleyman Alluş (Soulyman Allouch) təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyi üçün futbolçunun 4 oyun cəzalanması və klubun isə 3000 AZN məbləğində cərimə olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 40.3-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 13 mart 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

“Neftçi-2” komandasının futbolçusu Həbib İsmayılov barəsində verilən qərardan şikayətə baxılmasına dair

1. “Neftçi” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti təmin edilməsin.
2. 11 mart 2025-ci il tarixdə Əvəzedicilər Liqasında XXVI tur çərçivəsində keçirilən “Neftçi-2” – “Turan Tovuz-2” oyununun 90+5-ci dəqiqəsində “Neftçi-2” komandasının 80 nömrəli futbolçusu Həbib İsmayılov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçunun 4 oyun cəzalanması və klubun isə 300 AZN məbləğində cərimə olunması (qüvvədə olan AFFA İntizam Məcəlləsinin 40.3-cü maddəsi) barədə AFFA İntizam Komitəsinin 13 mart 2025-ci il tarixli qərarı qüvvədə saxlanılsın.
3. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

Əliyev Orxan Mehman oğlu barəsində verilən qərardan şikayətə baxılmasına dair

1. “Marafon” İdman Klubu və “Marafon” İdman klubunun futbolçusu Əliyev Orxan Mehman oğlu tərəfindən verilən apellyasiya şikayətləri qismən təmin edilsin.
2. 2024/2025-ci illər mövsümündə aşağı yaş qruplarının liqalarında çıxış edən Olimpiya (Ağcabədi) komandasının rəsmisi Əliyev Orxan Mehman oğlu futbolçuların sənədlərini kütləvi şəkildə saxtalaşdırdığına görə 1 il müddətinə futbolla bağlı fəaliyyətdən kənarlaşdırılması (maddə 100) barədə AFFA İntizam Komitəsinin 22 mart 2025-ci il tarixli qərarı dəyişdirilərək futbolla bağlı fəaliyyətdən kənarlaşdırılması cəzasının 6 ay müddəti şərti tətbiq edilsin.
3. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunsun və sınaq müddətinin başlanğıcı 22 mart 2025-ci il tarixdən hesablansın.
4. Apellyasiya şikayətləri qalan hissədə təmin edilməsin.
5. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

“Lion” Peşəkar Futbol Klubunun futbolçusu Seymur Şükürlü barəsində verilən qərardan şikayətə baxılmasına dair

1. “Lion” Peşəkar Futbol Klubu tərəfindən verilən apellyasiya şikayəti qismən təmin edilsin.
9 mart 2025-ci il tarixdə AFFA U-16 Liqasında keçirilən Səbail PFK-Lion PFK oyunu bitdikdən sonra Lion PFK komandasının 33 nömrəlsi futbolçusu Seymur Şükürlü rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığına görə futbolçunun 3 oyun cəzalanması (maddə 43.1) barədə AFFA İntizam Komitəsinin 13 mart 2025-ci il tarixli qərarı dəyişdirilərək 3 oyunluq cəzanın çəkilməmiş hissəsi, yəni 1 oyunluq cəza şərti tətbiq edilsin.
2. Şərti cəzanın çəkilməsi üçün 3 ay sınaq müddəti müəyyən olunsun və sınaq müddətinin başlanğıcı 13 mart 2025-ci il tarixdən hesablansın.
3. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin.
4. Apellyasiya Arbitraj Tribunalının qərarından Lozannadakı (İsveçrə) İdman üzrə Arbitraj Məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.

[b]I Liqada çıxış edən “Mingəçevir” klubunun sabiq futbolçusu, 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu barəsində verilən qərardan şikayətə baxılmasına dair

I Liqada “Mingəçevir” klubunda çıxış edən 22.07.2002-ci il təvəllüdlü Nəzərli Muxtar Mehman oğlu danışılmış oyunlarda iştiraka görə futbolçunun ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi (maddə 107.2) barədə AFFA İntizam Komitəsinin 30 yanvar 2025-ci il tarixli qərarından futbolçu tərəfindən verilən apellyasiya şikayətinə baxılması Azərbaycan Respublikasının Baş Prokurorluğuna sorğu göndərilməsi ilə əlaqədar olaraq təxirə salınsın.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR