son dəqiqə SON DƏQİQƏ
“Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır -

AFFA "İmişli", "Qəbələ" və "Neftçi"yə cəzalar "yağdırdı"

Bölmə adı Premyer Liqa
Yayımlandı 17-03-2026, 13:02

AFFA İntizam Komitəsinin iclası keçirilib.


Sport1.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edildi:



Misli Premyer Liqası XXIV tur



14 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIV turun “İmişli” – “Sabah” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə yaşandığına görə “İmişli” komandası 5000 manat cərimə edilsin (maddə 86.3);


15 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIV turun “Qəbələ” – “Neftçi” oyunu “Qəbələ” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün “Qəbələ” komandası 3000 manat cərimə edilsin (maddə 77.4);


15 mart 2026-cı il tarixində Misli Premyer Liqasında XXIV turun “Qəbələ” – “Neftçi” oyununda “Neftçi” komandasının azarkeşləri tərəfindən rəqib futbolçunun ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 6-cı dəfə təkrarlandığına görə “Neftçi” komandası 8000 manat cərimə edilsin (maddə 52.5);


 


I Liqa XVIII tur


 


12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Şahdağ Qusar” – MOİK oyununda “Şahdağ Qusar” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);


12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Şahdağ Qusar” – MOİK oyununun 82-ci dəqiqəsində “Şahdağ Qusar” komandasının 17 nömrəli futbolçusu Yelmar Aşurov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şahdağ Qusar” komandası 150 manat cərimə edilsin (maddə 17.5, 17.7);


12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Mingəçevir” – “Səbail” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Mingəçevir” komandası 600 manat cərimə edilsin (maddə 86.3);


12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Mingəçevir” – “Səbail” oyununda “Mingəçevir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Mingəçevir” komandası 1500 manat cərimə edilsin (maddə 86.3);


12 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Mingəçevir” – “Səbail” oyununda “Səbail” komandasında 6 nəfər sarı vərəqə aldığı üçün “Səbail” komandası 210 manat cərimə edilsin (maddə 43.1);


13 mart 2026-cı il tarixində I Liqada XVIII turun “Cəbrayıl” – “Zaqatala” oyununda “Cəbrayıl” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Cəbrayıl” komandası 210 manat cərimə edilsin (maddə 43.1);


 


Əvəzedicilər liqası XX tur

 


15 mart 2026-cı il tarixində Əvəzedicilər liqasında XX turun “Sabah-2” – “Şamaxı-2” oyununun 90+3-cü dəqiqəsində “Şamaxı-2” komandasının 80 nömrəli futbolçusu Həbib İsmayılov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Şamaxı-2” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7).

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR