
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Sport1.az xəbər verir ki, İntizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:
II Liqa XVIII tur
16 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Sheki City” – “Kür-Araz” oyununun 42-ci dəqiqəsində “Kür-Araz” komandasının 44 nömrəli futbolçusu Müseyib Abdullazadə təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 3 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 300 manat cərimə edilsin (maddə 45.1);
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Şəmkir” – “Araz Saatlı” oyununda “Şəmkir” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Şəmkir” – “Araz Saatlı” oyunu bitdikdən sonra “Şəmkir” komandasının azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə “Şəmkir” komandası 300 manat cərimə edilsin (maddə 86.3);
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Xankəndi” – “Ağdaş” oyunu “Ağdaş” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığına görə “Ağdaş” komandası 300 manat cərimə edilsin (maddə 77.4);
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Qaradağ Lökbatan” – “Göygöl” oyununda “Qaradağ Lökbatan” komandası təşkilati-texniki öhdəlikləri pozduğuna görə “Qaradağ Lökbatan” komandası 100 manat cərimə edilsin (maddə 68);
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Quba” – “Dinamo” oyununda “Quba” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Quba” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Quba” – “Dinamo” oyununda “Dinamo” komandasında 5 nəfər sarı vərəqə aldığı üçün “Dinamo” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
17 mart 2026-cı il tarixində II Liqada XVIII turun “Quba” – “Dinamo” oyununun 53-cü dəqiqəsində “Dinamo” komandasının 11 nömrəli futbolçusu Fizuli Dəmirov ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun oyuna buraxılmasın, “Dinamo” komandası 100 manat cərimə edilsin (maddə 44.1).