"Neftçi" cərimələnib - 2500 AZN

Bölmə adı Premyer Liqa
Yayımlandı 6-11-2025, 14:51

İntizam komitəsinin növbəti iclası keçirildi.

Sport1.az xəbər verir ki, intizam Komitəsinin bu gün keçirilən iclasında aşağıdakı qərarlar qəbul edildi:

Misli Premyer Liqası X tur

01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Kəpəz” oyununda “Kəpəz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kəpəz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

01.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Neftçi” – “Kəpəz” oyununun 75-ci dəqiqəsində meydançaya kənar şəxs daxil olduğuna görə “Neftçi” komandası 2500 manat cərimə edilsin (maddə 86.3);

02.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Turan Tovuz” – “Şamaxı” oyununda “Turan Tovuz” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Turan Tovuz” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

02.11.2025-ci il tarixində Misli Premyer Liqasında X turun “Sumqayıt” – “Araz-Naxçıvan” oyununda “Sumqayıt” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sumqayıt” komandası 700 manat cərimə edilsin (maddə 43.1);

Əvəzedicilər liqası IX tur

31.10.2025-ci il tarixində Əvəzedicilər liqasında IX turun “Qarabağ-2” – “Zirə-2” oyununda “Zirə-2” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Zirə-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
31.10.2025-ci il tarixində Əvəzedicilər liqasında IX turun “Qarabağ-2” – “Zirə-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qarabağ-2” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 57.2);
01.11.2025-ci il tarixində Əvəzedicilər liqasında IX turun “Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Araz-Naxçıvan-2” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 57.2);
01.11.2025-ci il tarixində Əvəzedicilər liqasında IX turun “Araz-Naxçıvan-2” – “Şamaxı-2” oyununda oyun günü planı pozulduğuna görə matç gec başladığı üçün “Araz-Naxçıvan-2” komandası 200 manat cərimə edilsin (maddə 61.1);
03.11.2025-ci il tarixində Əvəzedicilər liqasında IX turun “Turan Tovuz-2” – “Sumqayıt-2” oyununda “Turan Tovuz-2” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Turan Tovuz-2” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

II Liqa VII tur

03.11.2025-ci il tarixində II Liqada VII turun “Quba” – “Şirvan” görüşünün 5-ci dəqiqəsində “Şirvan” komandasının 60 nömrəli futbolçusu Qərib İbrahimov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldıqdan sonra hakimləri təhqir etdiyinə görə 4 oyun oyuna buraxılmasın, “Şirvan” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

03.11.2025-ci il tarixində II Liqada VII turun “Sheki City” – “Göygöl” oyununda “Göygöl” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Göygöl” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

03.11.2025-ci il tarixində II Liqada VII turun “Dinamo” – “Araz Saatlı” oyununda “Araz Saatlı” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Araz Saatlı” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

04.11.2025-ci il tarixində II Liqada VII turun “Ağstafa Gəncləri” – “Kür-Araz” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1).

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR