
“Quba” ciddi maliyyə böhranı ilə üz-üzə qalıb.
Sport1.az xəbər verir ki, klub rəhbərliyi və oyunçu heyəti sabah keçirilməsi planlaşdırılan “Araz Saatlı” matçına çıxa bilməyəcəklərindən narahatdırlar.
Bölgə təmsilçisi məsələ ilə bağlı rəsmi müraciət yayıb:
“Bu statusu yazmaq bizim üçün çox ağırdır. Sabah “Araz Saatlı” ilə oyuna çıxmalı idik, amma bu, ciddi sual altındadır. Səbəb hamıya bəllidir... Yol xərclərini qarşılaya bilmirik. Uşaqlar aylarla heç nə gözləmədən, sadəcə Quba futbolunun adı üçün təmənnasız oynadılar. Hamı döyüşmək istəyir, amma bəzən istəmək kifayət etmir. Kim nə qədər bacarırsa... hətta çox kiçik bir məbləğ də bizim üçün böyük dəstəkdir. Bu komanda hamımızındır. Bu gün dəstək olmasaq, sabah gec ola bilər. İstəyirik ki, sabah oyuna çıxaq, bu komanda yaşasın”.