13:54 15.08.2025 521

Stadion rəhbərliyi 1 oyun üçün bu klubdan 3500 manat tələb edib - AÇIQLAMA

Ötən mövsüm “Şimal” II Liqada bürünc medal qazandı.

Bu nəticə ilə Liqaya yüksəldi. Xaçmaz təmsilçisinin peşəkar liqaya hazırlığı necə gedir? Klub maliyyə problem yaşamır? Komanda ev oyunlarını harada keçirəcək? Suallarımızı xaçmazlıların prezidenti Qılman İbrahimova ünvanladıq. Klub rəhbəri mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Yeni yaranan, gənc klubuq. Peşəkar liqa təcrübəmiz yoxdur. Bu il bizim üçün yalnız I Liqada debüt yox, həm də yaxşı təcrübə olacağını düşünürəm. Təlim-məşq toplanışına başlamışıq. Qusarın Şirvanovka kəndində hazırlıq keçirik. Başlıca məqsədimiz I Liqada qalmaq olacaq. II Liqadakı heyətimizin özəyini saxlayacaq, əlavə 4-5 transfer həyata keçirəcəyik. İstər Region Liqasında, istərsə də II Liqada 24 futbolçudan 18-i xaçmazlı idi. Xaçmazlı yeniyetmələrin üzə çıxmasında maraqlıyıq. Xaçmazda futbola ac insanlar çoxdur. Məqsədimiz bölgəmizdə futbolu daha da populyarlaşdırmaq. “Şimal” olaraq gələcəkdə futbolçu ixrac edən donor klub olmağı hədəfləyirik. Ev oyunlarımıza gəlincə, çox istərdik ki, doğma Xaçmazımızda matçlarımızı keçirək. Amma rayonumuzun futbol məkanı I Liqanın şərtlərinə uyğun deyil. Stadionun təmiri və yenidənqurulması üçün 250-400 min manat vəsait lazımdır. Siyəzəndəki futbol məkanı da peşəkar liqanın şərtlərinə uyğun gəlmir. Bu qədər məbləği ödəmək üçün isə əlimizdə vəsait yoxdur. Ev qarşılaşmalarımız üçün əvvəldə Quba şəhər stadionu ilə danışıqlarımız olsa da, bu yöndə müsbət nəticə əldə edə bilmədik. Çünki stadion rəhbərliyi bir oyun üçün 3500 manat tələb etdi. Bizim isə büdcəmiz kasad olduğundan bu qədər pul sərf etmək istəmədik. Hazırda 3 stadionla danışıqlar aparırıq. Bunlar Şamaxı Olimpiya İdman Kompleksi, Binə qəsəbə stadionu və Bakıxanovdakı Nefçi bazadakı futbol məkanıdır. Səmimi deyim ki, bizə Şamaxıda oynamaq daha çox əlverişlidir. Amma hələlik hər 3 stadion rəhbərliyi ilə müzakirələr aparırıq”.

Klub rəhbəri sponsorlar axtarışı ilə bağlı məsələyə aydınlıq gətirdi:

“Həm Region Liqasında, həm də II Liqada mübarizə apararkən adını açıqlanmasını istəməyən kənd təssərüfatı şirkətinin rəhbəri bizə təmənnasız sponsorluq etdi. Amma artıq peşəkar liqaya yüksəldiyimizdən həmin kompaniya xərclərimizi qarşılaya bilmir. İndi də bacardığı qədər köməklik göstərir. FİF ilə də əməkdaşlığımız davam edir. Mütamadi olaraq sponsor axtarışları ilə bağlı müzakirələr aparırıq. Amma dayanıqlı maliyyə dəstəyimiz yoxdur. AFFA-ın ayırdığı vəsaitlə kifayətlənəcəyik. Gec-tez sponsor tapacağıma inanıram".


MİRZƏ S.
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

23:54

Rəşad Sadıqov: “7-8 transfer olacaq”

23:18

Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olundu - FOTOLAR

22:58

DÇ-2026: Niderlanddan darmadağın

22:26

Qurban Qurbanov: “Hər mövqe üçün futbolçularla danışıqlar gedir”

21:58

“İmişli”də yeni təyinat - RƏSMİ

21:36

“Turan Tovuz” iki futbolçusu ilə yollarını ayırdı - RƏSMİ

20:57

“Qarabağ” “Zirə”ni məğlub etdi

20:33

Kazemironun yeni klubu bəlli oldu

20:18

DÇ-2026: Niderland - İsveç: HEYƏTLƏR

19:57

“Neftçi”də yeni müqavilə - RƏSMİ

19:27

I Liqaya yüksəldi - MƏŞQÇİSİ İLƏ YOLLARINI AYIRDI

18:53

“Zirə”dən yeni transfer - RƏSMİ

18:39

Boksçumuz Dünya Kubokunun finalında

18:00

45 milyonluq təklif

17:28

Dünya rekordu yeniləndi

17:20

"Zirə"də ayrılıq

17:07

Vinisius Ronaldinyonu qabaqladı

16:50

"Yuventus"dan transfer

16:36

“Real”ın Olise planı

16:33

“Neftçi” yeni transferini açıqladı

16:06

Türkiyə ilə oyunda rekorda imza atdı

15:50

“Qarabağ” üçün yeni rəqib

15:19

"Barselona" milli üzvünü istəyir

15:00

Avropa çempionatında bürünc medal

14:35

London klubu yarımmüdafiəçi üçün hərəkətə keçdi

14:14

Məşhur futbolçu idman direktoru təyin olundu

13:55

Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib

13:52

"Trabzonspor" İngiltərə klubuna "yox" dedi

13:32

Braziliya millisi yenidən zirvədə

13:13

DÇ-2026: Günün oyunları

12:49

"Sportinq"in yetirməsi "Sabah"da - RƏSMİ

12:29

Türkiyə millisindən antirekord

12:02

“Karyeramın ən yaxşı günlərindən birini yaşadım”

11:50

“Cəsarətli və əzmkar olmaq lazımdır“

11:30

96 ildə ən yaxşı nəticə

11:11

Çalhanoğlu üzr istədi

10:45

Montella: “35 illik futbol karyeramda buna çox nadir rast gəlmişəm”

10:30

Ronaldonun bacısından tənqid

10:08

Seneqal millisində böhran

09:53

Türkiyəyə qol vurdu, ən yaxşı seçildi

09:28

Türkiyə millisi növbəti mərhələ şansını itirdi

09:15

DÇ-2026: Braziliyadan üç cavabsız qol

09:00

DÇ-2026: Mərakeşdən qələbə

00:46

Millimiz İsrailə qalib gəlib

23:32

Fransa klubunda yeni təyinat

22:58

DÇ-2026: ABŞ 1/16 finalda

22:22

Bakıda Avropa Su İdmanı Federasiyasının konfransı keçiriləcək

21:56

“Real”ın futbolçusu La Liqada klubunu dəyişə bilər

21:23

“Sheki Open 2026” Beynəlxalq Şahmat Festivalının açılış mərasimi keçirilib

20:57

“Neftçi” futbolçusu ilə bağlı qərarını verdi - RƏSMİ

20:23

“İmişli”də 5 ayrılıq - RƏSMİ

19:56

“Göygöl”ün futbolçusu mükafatlandırılıb

19:27

Yunanıstan klubu baş məşqçisi ilə bağlı qərarını verdi - RƏSMİ

18:50

Elmin Bayramov mükafatlandırılıb

18:37

3 boksçumuz Dünya kubokunun yarımfinalında

18:00

Türkiyə millisinin sabiq futbolçusu karyerasını bitirdi

17:33

İki oyuna 200 min avro

17:17

24 illik rekordu yenilədi

17:07

"Şəfa"da yeni müqavilə - RƏSMİ

16:50

"Barselona" ispan futbolçu üçün hərəkətə keçdi

16:28

Şahmatçımız Karlseni məğlub etdi

16:06

İrandan FİFA-ya şikayət

16:06

Xorvatiyalı futbolçu Azərbaycan klubunda

15:49

PSJ-nin futbolçusu "Asenal"ın hədəfində

15:30

Paytaxt klubu 40 milyonluq transferə hazırlıq

15:05

220 milyon avroluq təklif

15:00

Millimiz Latviya və Çexiya ilə eyni qrupda

14:54

Bölgə klubu anqolalı futbolçu ilə müqavilə imzaladı

14:39

Cüdoçularımızdan qızıl və bürünc medal

14:29

Əşrəf Haimi məhkəmə qarşısına çıxacaq