
UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ” doğma meydanda “Nyukasl”a 1:6 hesabı ilə məğlub oldu.
Ağdam klubu üçün ağır keçən qarşılaşmada İngiltərə Premyer Liqası təmsilçisi üstün oyun nümayiş etdirdi. Görüşün gedişində rəqib demək olar ki, bütün komponentlərdə fərqini ortaya qoydu.
“Qarabağ” niyə belə hesabla uduzdu? Qurban Qurbanov hansı məqamlarda səhv etdi? Matçla bağlı suallarımızı Elmar Baxşıyevə ünvanladıq. Tanınmış mütəxəssis Sport1.az-a açıqlamasında bunları dedi:
“Ağır məğlubiyyət oldu. “Nyukasl” çox üstün oynadı və layiqli qələbə qazandı. Görünən o idi ki, rəqib bizi çox ciddi şəkildə incələmişdi. Çempionlar Liqası başqa səviyyədir və bunu qəbul etmək lazımdır. “Nyukasl” oyunun hər bir komponentində üstünlüyünü göstərdi”.
ZƏFƏR HACILI