17:16 25.07.2025 398

Məğlubiyyət yoxdur, növbəti mərhələ kimlərə qismət olacaq? - TƏHLİL

Avrokubokların II təsnifat mərhələsində Azərbaycan təmsilçiləri ardıcıl uğurlu nəticələr qazanaraq həm ölkə reytinqinə dəyərli xallar əlavə etdilər, həm də növbəti mərhələyə yüksəlmək uğrunda ciddi iddialarını ortaya qoydular.

“Qarabağ”, “Sabah”, “Araz-Naxçıvan” və “Zirə”nin bu həftəki çıxışları ümumilikdə 0.875 əmsal qazandırdı ki, bu da maksimuma yaxın nəticədir. Heç bir komandamız məğlub olmadı, "Zirə"nin qalib gəlməsinə isə dirək icazə vermədi.

Düşünürəm ki, “Qarabağ” növbəti mərhələni səfərdə təmin etdi. Ağdam təmsilçisi İrlandiyada “Şelburn” üzərində 3:0 hesablı inamlı qələbə qazandı. Qurban Qurbanovun komandası avrokubok təcrübəsini və səviyyəsini nümayiş etdirdi. Matçın müəyyən bir qismində "Şelburn" "köhlən atlar"dan nisbətən üstün oldu. Hətta qola yaxınlaşsalar da, Nəriman topu xəttdən çıxartdı. Təəssüfləndirən məqam isə zədələrlə bağlıdır. Matçdan öncə Yankoviç, oyunun gedişində isə Bolt və Andradenin problemləri ciddi olsa, son çempion növbəti mərhələdə çətinlik çəkəcək.

“Sabah” Moldova səfərində “Petrokub” üzərində 2:0 hesabı ilə qələbə qazanaraq həm oyunun gedişinə, həm də nəticəyə nəzarət etdi. Bu matçda komandalar arasında ciddi fərq hiss olunurdu. Dambrauskasın kollektivi xüsusilə ikinci hissədə daha yaxşı çıxış etdi. Düşünürəm ki, hadisələri qabaqlayıb "Sabah"ı növbəti mərhələyə keçməsi münasibəti ilə təbrik edə bilərik.

Məni ən çox təccübləndirən komandamız isə Naxçıvan təmsilçisi oldu. “Araz-Naxçıvan” tarixi qələbə qazandı. Geri düşdükləri matçda 2:1 qalib gələ bildilər. "Aris"in zəngin tarixə, yaxşı futbolçulara malik olduğunu bilirik, amma Elmar Baxşıyevin komandası rəqibin adından çəkinmədi və çox yaxşı təsir bağışladı. Oyunun sonlarına doğru geri düşən Yunanıstan klubu hesabı bərabərləşdirmək üçün böyük qüvvə ilə hücuma çıxırdı. Naxçıvanlılar bir neçə epizodda rəqibdən topu alaraq əks-hücuma keçdilər və yunanları azlıqda yaxaladılar. Təssüflər olsun ki, real qol vəziyyətlərini yaxşı dəyərləndirə bilmədilər. Keytanın qeyri-dəqiqliyini xüsusi qeyd etmək olar. Düşünürəm ki, ev sahiblərinin "7" nömrəsi üçün bu epizodda qolu vurmamaq daha çətin iş idi. Elmar Baxşıyevin komandası oyun nizam-intizamını pozmasa, növbəti mərhələyə çıxa bilər. Çünki yunanlar var qüvvələri ilə irəli atılacaqlar. Belə olan halda yaxşı müdafiə olunmaq və keyfiyyətli əks-hücumlar qurmaq lazım olacaq. Təmsilçimiz bu detalları yerinə yetirə bilsə, növbəti mərhələnin qapılarını aralayacaq.

“Zirə” doğma meydanda Xorvatiyanın “Hayduk” klubu ilə 1:1 hesablı heç-heçə etdi. Əslində, Rəşad Sadıqovun komandası xüsusilə birinci hissədə dominant və istəkli oyun sərgilədi. Pressinq, strukturlaşmış hücumlar və kompakt müdafiə “Hayduk”un oyun planını alt-üst etdi. Ancaq fasilədən sonra rəqib toparlandı və oyunda tarazlıq yarandı. Görüşün sonlarında Rövlan Muradovun uzaqdan baxımlı zərbəsi dirəyə tuş gəldi. Qol olsaydı, "Azərbaycan klublarından avrokuboklarda maksimum nəticə" başlıqlı yazı yaza bilərdik. Komandalarımız arasında ən çətin iş "Zirə"nin üzərindədir. Çünki, "Hayduk" səfəri çox ağır olacaq. "Neftçi Arena"da qonaq komandanın tribunası bunun xəbərçisi idi. Bu cütün 2-ci matçında bir az fərqlə Xorvatiya təmsilçisini üstün görürəm.

Bu mərhələdə Azərbaycan klubları 3 qələbə və 1 heç-heçə ilə 0.875 UEFA reytinq xalı topladı. Bu, son illərdə eyni mərhələ üçün əldə olunan ən yaxşı nəticələrdən biridir. Belə davam edərsə, UEFA reytinqində daha irəlilərə gedə bilərik. Gözləyək, görək, nə olur?!

NİHAT KƏRİMLİ
Hadisələri telegramda anında izləyin!
Keçid et

XƏBƏR LENTİ

00:36

Portuqaliya - Konqo matçının ən yaxşısı bəlli oldu

23:56

"Neftçi" klubu Orlean mərhələsinin çempionu olub

23:33

Meksika millisinin üzvü karyerasını sonlandıracaq

22:58

DÇ-2026: Portuqaliya Konqo ilə bacarmadı

22:28

Dünya kuboku: Beş boksçumuz 1/4, biri 1/2 finalda

21:54

“Səbail”də yeni təyinat - RƏSMİ

21:33

“Feyenoord”un yeni baş məşqçisi bəlli oldu

20:55

Vernidubun “Neftçi”si “Dinamo” səddini rahatlıqla aşa bilər - YAZI

20:47

I Liqa klubu heyətini yeni oyunçu ilə gücləndirib

20:44

“Qarabağ”dan növbəti transfer - RƏSMİ

19:30

Karateçilərimiz Avropa çempionatından beş medalla qayıdıblar

19:11

Boksçularımız Olimpiya ümidləri turnirinə yollanıblar

18:44

Qaxda cüdo üzrə region birinciliyi keçiriləcək

18:11

“Şəfa” onunla bağlı qərarını verdi - RƏSMİ

18:00

"Qalatasaray"ın sabiq futbolçusu Türkiyəyə qayıda bilər

17:40

Milli üzvü bölgə klubunda

17:17

"Sabah" və "Qarabağ" I mərhələdə uduzsa...

16:50

Saxta futbol forması müsadirə olundu

16:32

Konfrans Liqası: "Zirə"nin növbəti rəqibi bəlli oldu

16:22

"Neftçi" "Dinamo" - "Sileks" cütünün qalibinə rəqib oldu

15:49

İspaniya klubunun futbolçusu vəfat etdi

15:36

Medina "Qarabağ"dan getdi - RƏSMİ

15:10

“Qarabağ”ın potensial rəqibləri bilindi

14:52

Yeddi atletimiz Balkan çempionatında

14:29

17 cüdoçumuz "Böyük Dəbilqə"də

14:11

"Sabah"ın potensial rəqibləri bəlli oldu

13:49

Bernardo Silva rəsmən “Real”da

13:30

Neymar 5-ci dəfə ata oldu

13:03

Kapitan Messi haqqında: "Onu bağlamağa çalışdıq, amma bacarmadıq"

12:51

Portuqaliyalı futbolçu ilk oyunu buraxacaq

12:28

"Atletiko" İngiltərə klubu ilə razılığa gəldi

12:02

DÇ-2026: Günün oyunları

11:48

Təmsilçimizdən gümüş medal

11:33

Millimizin futbolçusu Rumıniya klubunda - RƏSMİ

11:11

PSJ-dən "Mançester Siti"yə

10:58

"Qarabağ" üçün növbəti püşk

10:35

"Araz-Naxçıvan"da yeni müqavilə - RƏSMİ

10:23

"Sabah"ın növbəti rəqibi hansı komanda olacaq?

10:09

DÇ-2026: Avstriyadan inamlı qələbə

09:55

Messidən növbəti rekord

09:38

UEFA Konfrans Liqası: “Neftçi”nin rəqibi bu gün bəlli olacaq

09:04

Messinin het-triki Argentinaya qələbə qazandırdı

08:30

Norveçdən darmadağın

03:00

Fransa dünya çempionatında Seneqalı məğlub edib

23:58

“Milan”ın yeni baş məşqçisi bəlli oldu - RƏSMİ

23:35

“Şamaxı”dan ayrıldı - I LİQA KLUBUNA KEÇDİ

22:57

Paraatletimiz Beynəlxalq Qran-Prinin gümüş medalını qazanıb

22:24

"Zirə"nin də bəxti gətirdi - YAZI

21:39

3 boksçumuz Dünya Kubokunda mərhələ adlayıb

21:06

İslandiya Futbol Federasiyasının uğurlu layihəsi olan "Qarabağ"ın rəqibi - YAZI

20:45

Qurban Qurbanov: “Yaxşı hazırlıq keçməliyik”

20:17

“Zirə” Konfrans Liqasında Gürcüstan klubu ilə üz-üzə gələcək

20:05

"Sabah" bu rəqibi keçməlidir - YAZI

19:57

Avarçəkmə və kanoe üzrə açıq Bakı birinciliyi keçiriləcək

19:48

“Qarabağ” bu futbolçunun transferini rəsmən açıqladı

19:14

AL: “Qarabağ”ın rəqibi müəyyənləşdi

18:46

“Şəfa” onlarla bağlı qərarını verdi - RƏSMİ

18:12

“Sabah”ın Çempionlar Liqasındakı rəqibi BƏLLİ OLDU

18:00

68 ildən sonra ilk dəfə

17:30

Dünya çempionatından sonra "Liverpul"a qayıdacaq

17:07

İspaniya millisinin hücumçusundan antirekord

16:49

Millimiz FIFA reytinqində gerilədi

16:29

İdmançımız Çinə yollandı

16:06

Günün canlı yayımlanacaq matçları - TV AFİŞA

15:50

Cavid Hüseynov: "Məsuliyyətimizi anlayırıq"

15:31

40 yaşlı qapıçıdan unikal rekord

15:05

Fernando Muslera tarixə düşdü

14:54

"Araz-Naxçıvan" baş məşqçisini açıqladı - RƏSMİ

14:47

London klubunun istədiyi yarımmüdafiəçi

14:26

Millidə yeni baş məşqçi