son dəqiqə SON DƏQİQƏ
Avropa Kuboku: "Kür" komandası mübarizəyə başlayır ● Kişi voleybolçular arasında Super Liqa bu gün başlayır ● "Araz-Naxçıvan" "Qəbələ" ilə üz-üzə, "Zirə" evdə "Sumqayıt"la qarşılaşır ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ● "Şamaxı"da yeni təyinat ● "Sabah" onları unutmadı ● "Etopaz" erməni klubundan pul qazanır ● Avropa Çempionatı: Fərhad Rəcəbli 12-ci dəfə qızıl medalın sahibi olub ● FİFA U-20 Dünya Çempionatı: Mundial bu tarixdə baş tutacaq ● Azərbaycanlı hakim qitə birinciliyinin matçlarına beynəlxalq təyinat alıb ● Birlik sədri baş redaktor Mahir Rüstəmlini təbrik etdi ● MOİK "Karvan-Yevlax"ı məğlub etdi ● "Gəncəbasar" darmadağınla qazandı ● "Şimal"dan böyükhesablı qələbə ● I Liqa: "Gəncəbasar" 7, "Şimal" 5 qolla qələbə qazandı ● "Sumqayıt"ın kapitanı İsa Suliman U-15 komandanın məşq prosesində ● II Liqada 10-cu turun oyun təqvimi ● U-15 Dünya Çempionatı: "Neftçi" akademiyası digərlərini qabaqladı ● Valdas Dambrauskas Beynəlxalq Kitab Sərgisində iştirak edib ● "Şahdağ Qusar"ın "Gəncəbasar"la matçının vaxtı açıqlanıb ● Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdığını açıqlayıb ● Çindəki dünya çempionatında 7 gimnastımız mübarizə aparacaq ● "Kəpəz"in azarkeşləri hələ də mənim potensialımın 60-70 faizini görüblər" ● "Marafon" - "Qaradağ Lökbatan" matçının təqvimi açıqlanıb ● Rövşən Nəcəf Bakıda keçiriləcək mundialla bağlı paylaşım edib ● "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb ● Yığmalarımız Latviyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər ●

“Araz"ın gələcəyi çox tez gələcək - YAZI

Bölmə adı Yazı / Manşet
Yayımlandı 17-02-2026, 12:11

80-ci illərin yay aylarında Naxçıvana gedəndə günüm stadionda keçərdi. Günəşin altında yanmış tribunalar, tozlu yollar, amma təmiz futbol sevgisi…


İkinci liqanın əvvəl 9-cu, sonra 7-ci zonasında keçirilən oyunları izləyirdim. Meydana çıxan əsas heyətin demək olar ki, əksəriyyəti Naxçıvan futbolunun öz yetirmələri idi. Adlarını bir-bir sadalamaq olar...o siyahı həm uzundur, həm də qürurverici bir tarixdir.

Son iyirmi ildə "Araz" peşəkar liqada çıxış edəndə hər zaman yanında olmuşam. Təkcə tribunada yox, quruculuq mərhələsində də, çətin günlərində də. Mənəvi dəstəyimi əsirgəməmişəm, çünki "Araz" mənim üçün sadəcə futbol klubu deyil, bu torpağın yaddaşı, inadkarlığı və kimliyidir.


İki ildir ki, "Araz"ın Muxtar Respublikadan uzaq qalması məni ciddi şəkildə qıcıqlandırır. Bu, sadəcə coğrafi ayrılıq deyil, mənəvi boşluqdur. Sovet dönəmində Naxçıvan stadionu böyüklüyünə görə respublikanın üçüncüsü idi. Bu gün isə o stadionun yaşıl rəngə həsrət qalması faciədir. Tribunalar susub, meydan nəfəs almır.


Təbii ki, sual verən kimi hazır cavab da var: guya islahatlar proqramı çərçivəsində gələcək illərdə 30 minlik, dünya standartlarına uyğun stadion tikiləcək. Və guya "Araz" da onda Naxçıvana qayıdacaq. Bu “gələcək” sözünü biz illərdir eşidirik. Hər dəfə bir az daha uzaqdan.


İbrahim Nəbioğlunun kitabının adı yadıma düşür: “Gələcək çox tez gələcək”. Amma və lakin bu torpaq üçün, bu stadion üçün, bu azarkeş üçün o gələcək nədənsə həmişə gecikir.

TAHİR TAHİROVİÇ

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR