son dəqiqə SON DƏQİQƏ
Gəncədə qollu sülh “Şamaxı” 3 xalı 2 qolla qazandı “Milli Aviasiya Akademiyası”ndan yeni transfer Azərbaycan veteran cüdoçularından dünya çempionatında 4 medal Azər Məmmədov: "Sabah"la matçdan başqa bütün oyunlarda…” Filipe Kandido: “Futbolun inkişafını istəyiriksə…” Premyer Liqa: VI tura yekun vurulub Zaur İsmayılov: “Fasilədə çatışmayan cəhətlərimizi aradan qaldırmağa çalışacağıq“ Azər Bağırov: “Komanda sırf futbol oynamağa köklənib” Gimnastlarımızdan Dünya Çempionatında 2 medal Gəncədə heyətlər müəyyənləşib II Liqa: IV tura start verilib "Şamaxı"da ciddi itki Bakı çempionatında qaliblər bəlli oldu “Şamaxı” - “Araz-Naxçıvan”: II Liqa: IV turun təyinatları açıqlanıb Fiqurlu konkisürənlərimiz Türkiyədə çıxış ediblər Bakıda “Koreya Səfiri Kuboku” baş tutacaq Taekvondo üzrə ölkə çempionatı keçiriləcək Günün oyunları: Millimizin üzvü oynadı, komandası məğlub oldu 2 boksçumuz Avropa Çempionatının 1/4 finalında "Fikrimi yığmaya yönəltməliyəm" "Demək olar ki, Çempionlar Liqası "11-liy"ini meydana buraxmışdılar" "Komanda oyunu, mübarizə ruhu nümayiş etdirdik" "Sahib çıxdığımız titulu qorumaq və zirvədə yer almaq istəyirik" Premyer Liqa klublarının yay transferləri "Kəpəz"in İdarə Heyətinin sədri Anar Abdullayev veteranlarla görüşüb

İki min ikinci ilin yayı - KÖŞƏ

Bölmə adı Futbol Ədəbiyyatı / Yazı / Manşet
Yayımlandı 11-04-2025, 23:54

İki min ikinci ilin yayı...

İndiki kimi yadımda... İndiki kimi gözlərimin qarşısında...

Dipdiri. Canlı. Olduğu kimi. Onda mən uşaq idim. Onda mənim yeddi yaşım vardı.

Cənubi Koreya və Yaponiyada keçirilən Dünya Çempionatı. Üstündən iyirmi il keçməsinə baxmayaraq, hələ də danışılan, unudulmaz, yaddan çıxmaz xatirələrin tüğyan etdiyi həmin o böyük futbol bayramı, həmin o böyük futbol şöləni...

O çempionat mənim baxdığım ilk futbol turniri idi. Bəlkə də, elə baxdığım ilk futbol oyunu da məhz onda olub.
Türkiyə millisi. O möhtəşəm heyət. Əfsanəvi komanda. Hasan Şaşın əzmkarlığı, Yıldıray Baştürkün açar ötürmələri, Ümid Davalanın dəlisov oyunu, Hakan Şükürün zamana meydan oxuması, İlhan Mansızın driblinqləri, Rüştünün həyat qurtarıcılığı...

Türkiyənin hər oyunu ən incə detalına kimi xatırlayıram. İndiki kimi. Dünənki kimi. Bu günün özündə də o əfsanəvi heyət əzbərimdədir.

Onda mənim balaca bir dəftərim vardı: oyunların hesabını yazırdım. Kim neçənci dəqiqədə qol vurub, kim neçənci dəqiqədə vərəqə alıb... Hakim kim. Məşqçi kim. Şəhər hansı. Stadion hansı... İnternet yox, “Youtube” yox, “Facebook” yox. Bir mənəm, bir qələm, bir də dəftər...
O vaxtın dəbi idi – oğlanlar özlərini həmin futbolçulara oxşadırdılar. Saçlarını onlar kimi kəsdirir, onlar kimi qaçır, onlar kimi qol sevinci yaşayırdılar.

Ronaldo Nazarionun saç düzümü kimin yadında deyil ki? Türkiyə millisinin heyətində ən çox sevdiyim iki futbolçu vardı: biri Yıldıray, biri İlhan. Amma Seneqalla oyunda İlhanın qolundan sonra, sözsüz, Yıldıray bir az kölgədə qaldı mənim üçün. Uşaq ədalətsizliyi, uşaq sədaqətsizliyi də demək olar buna. Bir gün ən sevdiyin futbolçu bir qola qurban gedər, yaddan çıxar, sevgidən məhrum qalar. O yaşın sevgisi dəyişkəndir, etibarsızdır, əlbət.

İstədim mən də saçımı İlhan kimi edəm, uzadam, rezinlə bağlayam. Gecə-gündüz Roberto Karlosa etdiyi fəndi məşq edirdim. Təkrarlamağa çalışırdım. Bir az alındıra da bilirdim, düzü. Amma hər şeyin istəyimə uyğun getdiyi vaxt atam gəldi durdu gözümün qarşısında. Dedim axı, onda uşaqdım, onda yeddi yaşım vardı, kənddə yaşayırdıq. Atam qoymazdı elə bir saç düzümüm olsun. İstəməzdi. Acıqlanardı...

Yenə uşaq sevgisi, yenə uşaq sədaqətsizliyi... Dedim indi də kumirim Ümid Davala olsun. Düzdür, onun da saç düzümü sıradan deyildi, amma, adına güvəndim, inandım, bəlkə, bir ümid, bəlkə, bir ehtimal...

Nəticədə, Ümid Davala oldu ən sevimli oyunçum, ən yaxşı futbolçum. İndi qəzetlərdən onun şəkillərini tapıb yapışdırdım dəftərimə. İndi onun driblinqlərini təkrarlayırdım. İndi onun kimi qaçır, onun kimi sevinirdim. Amma yenə də atam gəldi durdu gözümün qarşısında. Qorxdum atamdan, çəkindim. Bildim ki, o saç düzümü də kənd uşağı üçün əlçatmazdı. Yenə vaz keçdim bu sevdadan.

Çox düşündüm, daşındım, axırda çar-naçar saçımı yalnız keçəl kəsdirə bildim. Dedim axı, onda uşaqdım, onda yeddi yaşım vardı, kənddə yaşayırdım. Atamdan da qorxurdum.
Təzə kumirimin adı da beləcə məlum oldu: Hasan Şaş.

Nihat Pir

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR