son dəqiqə SON DƏQİQƏ
"Daha çox azarkeş gözləyirik, biz Bakını təmsil edirik" ● "Slaviya"nın baş məşqçisi Yindrix: ● "Sabah" UEFA Çempionlar Liqasında ilk qələbəsini qazandı ● Millimiz "Antalyaspor"u məğlub edib ● Çempionlar Liqası: "Qalatasaray" "Barselona" ilə üz-üzə ● FİBA Avropa Kuboku: "Gəncə" ilk ev matçında məğlub olub ● "Sabah" - "Slaviya": ● "Şəmkir" çətinliklə xal qazandı ● "Kür-Araz" darmadağın edildi ● "Marafon"dan "Ağdaş"a 5 qol ● Millimiz Qazaxıstana yollanıb ● Millimiz Dünya Çempionatından öncə təlim-məşq toplanışı keçirəcək ● II Liqa: "Dinamo" və "Marafon" darmadağınla qələbə qazandı ● "Xankəndi" klubunda yeni təyinat ● UEFA Gənclər Liqası: "Sabah"ın U-19 komandası uduzub ● Bölgə təmsilçisinin formasında problem çıxdı, klub cərimələndi ● AFFA I Liqa klublarını cərimələdi ● Azarkeşlər bölgə təmsilçisini ziyana saldı ● Bölgə klubunun formasında problem çıxdı, oyun gec başladı ● AFFA paltardəyişmə otağına ziyan vuran klubu cərimələdi ● Rəqib komandanın futbolçularını təhqir edənlər cəzalandırıldı ● AFFA "Araz-Naxçıvan"ı "Kəpəz"lə oyundan sonra cərimələdi ● PFL II Liqada ayın ən yaxşı qolunu seçdi ● Əliyar Ağayev Avropa Liqasının əsas mərhələ matçında iş başında olacaq ● U-23 Dünya Çempionatı: Azərbaycan millisi turnirə bərabərliklə başladı ● Elçin Məsiyev UEFA Avropa Liqasının əsas mərhələ matçına təyinat alıb ● Günün oyunları: ● MPL: "Qarabağ" - "Neftçi" matçının biletləri satışa çıxarılıb ●

"Qarabağ"ın prezidenti azarkeşlərə müraciət etdi - AÇIQLAMA

Bölmə adı Çempionlar Liqası
Yayımlandı 20-08-2025, 02:59

Tahir Gözel “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Ferentsvaroş” üzərində Macarıstandakı əzmkar qələbəsini (3:1) stadiondan canlı izləyib.

Sport1.az xəbər verir ki, klub prezidenti qarşılaşmanın ardından matçla bağlı təəssüratlarını Ağdam təmsilçisinin mətbuat xidmətinə bölüşüb.

Tahir bəy komandasının bu mövsüm turnirin liqa mərhələsinə vəsiqə uğrunda mübarizəni davam etdirmə əzminə heyranlıq duyduğunu bildirib:

"Bilirsiniz ki, Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən başlamışıq. Liqa mərhələsində iştirak edəcək 28 komanda artıq bəllidir. Digər 8 yerdən 5-i isə Çempionlar yolunda yarışan klubların mübarizəsindən sonra müəyyənləşəcək. Artıq pley-offdayıq. Bu isə o deməkdir ki, liqa mərhələsinə vəsiqə yolunda son 10 komanda arasındayıq və 5 yerə namizədlərdən biriyik. Hər zaman olduğu kimi, bu gün də kollektivimin yanında idim. Bu günkü qələbəyə görə hədsiz qürurluyuq. Komanda olaraq xalqımıza bu cür sevinc hisləri yaşatdığımız üçün çox sevinirik”.

Klub prezidenti müxtəlif ölkələrdən Macarıstana yollanaraq “Ferentsvaroş” stadionunda Ağdam təmsilçisini dəstəkləyən azərbaycanlı azarkeşlərə təşəkkürünü bildirib:

“ABŞ-dən, Çexiyadan, Avropanın bir çox ölkələrindən gələn fanatlarımız bizi dəstəkləyirdilər. Sayları 500 nəfər olmasına baxmayaraq, 22 minlik stadionda yerli azarkeşlərdən heç də geri qalmadı, hətta bəzən onları üstələdi, komandamızı qələbəyə ruhlandırdılar. Birinci hissədə hesabda geri düşməyimizə baxmayaraq, onların dəstəyi futbolçularımıza yenidən güc-qüvvət verdi. Azarkeşlərimizin sədaqəti, ruhu “Qarabağ”a hər zaman əlavə motivasiyadır”.

"Qarabağ"ın rəhbəri komandasının üstün oyunla qələbə qazanmasının böyük önəm kəsb etdiyini söyləyib:

“Qələbədən çox bunu necə əldə etmək önəmlidir. Məni ən çox sevindirən də üstün oyun sərgiləməyimiz, topa daha çox sahib olmağımız idi. Xüsusən də, ikinci hissədə möhtəşəm çıxış etdik. İlk yarıda bəxtsiz qol buraxsaq da, layiqli qələbə qazandıq. Taktiki üstünlüyümüzə rəqib uzun ötürmələrlə cavab verməyə çalışdı. Çünki təkbətək mübarizələrdə futbolçularımızla bacara bilmirdilər. Pley-off mərhələsində qələbə qazanmaq futbolçuların əhval-ruhiyyəsini yüksəltməklə yanaşı, həm də tarixi hadisədir”.

Tahir Gözel matçda son nöqtəni qoyan Musa Qurbanlının qoluna xüsusi sevindiyini sözlərinə əlavə edib:

“Məni sevindirən məqamlardan biri də Musa Qurbanlının gözəl qol vurması oldu. Çünki bu, ona əlavə motivasiya verəcək. Onun qolu təkcə prezident yox, bir azarkeş kimi məni çox həyəcanlandırdı, sevindirdi. Bundan başqa, Toral Bayramovun Avropa Liqasının liqa mərhələsində “Bodo-Qlimt”ə vurduğu qolun ötən mövsümün turnirdə ən ən gözəl 10 qolu sırasına düşməsi də məni qürurlandırdı. Həmin qolu UEFA-nın “Youtube” səhifəsində 3 milyondan çox insan izləmişdi”.

"Qarabağ"ın səfərdə 3:1 hesablı qələbə qazanmasına baxmayaraq, klub prezidenti arxayınlaşmaq üçün erkən olduğunu düşünür. O, avqustun 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab görüşündə azarkeşlərin dəstəyinin çox vacib olacağını vurğulayıb:

“İndi son 90 dəqiqəmiz qalıb. Cütün taleyinə hələ aydınlıq gəlməyib. Qarşımızda mübariz ruhlu, çox güclü və təhlükəli rəqib var. Maksimum dərəcədə diqqətli olmalıyıq. Texniki heyət də bunu yaxşı bilir. Azarkeşlərimizdən komandamıza böyük dəstək nümayiş etdirmələrini xahiş edirəm. Çünki cavab matçında azarkeş dəstəyi həlledici rol oynaya bilər. Təəssüf ki, işgüzar səfərdə olacağım üçün avqustun 27-də Bakıda keçiriləcək cavab matçını televiziyadan izləyəcəyəm. İnanıram ki, komandamız bu turnirin liqa mərhələsinə adlayacaq. Həmin mərhələdəki matçlarda da komandamın yanında olacağam, dəstəkləyəcəyəm”.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR