son dəqiqə SON DƏQİQƏ
“Şahdağ Qusar”dan darmadağın ● “Səbail”dən yeni transfer ● "Gəncə" avrokuboklarda mübarizəyə başlayıb ● "Landau Lions" basketbolçuları Bakıda ilk matçına çıxıb ● Triatlonçularımız Misirə yollanıb ● İntizam Komitəsinin iclası keçirilib ● Millimiz FIFA reytinqində geriləyib ● Dünya ikincisi oldu ● Cüdoçumuzdan Dünya Çempionatında bürünc medal ● Yığmamız “Antalyaspor”la üz-üzə gələcək ● U-23 Dünya Çempionatı: ABŞ-də ölkəmizi bu idmançılar təmsil edəcək ● I Liqa: "Şahdağ Qusar" "Zaqatala"nı evdə məğlub edib ● AFFA rəsmisinə UEFA-dan təyinat ● "Sabah"ın mükafatlandırılan futbolçusu təqdirəlayiq addım atdı ● "Bu gün sizi sevindirə bilmədim, amma sevginiz mənə güc verdi" ● "Qaradağ Lökbatan" və "Ağstafa Gəncləri"ndən böyükhesablı qələbə ● "Bunun öhdəsindən gələ bildim" ● "Səbail" hücumçu transfer etdi ● Dünya Çempionatı: Zelim Tçkayev qızıl medalın bir addımlığındadır ● DÇ: Zelim Tçkayev yarımfinalda! ● Dünya Çempionatı: Ömər Rəcəbli bürünc medal görüşünə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: Vüsal Qələndərzadə 1/8 finalda uduzub ● AÇ-2028: Millimiz seçmə mərhələdə 5-ci səbətdə yer alacaq ● DÇ: Zelim Tçkayev 1/4 finalda ● Ömər Rəcəbəli 1/4 finala yüksəldi ● Vüsal Qələndərzadə növbəti raunda yüksəldi ● DÇ: Ömər Rəcəbli 1/8 finalda ● "Təbrik etdi, xoş sözlərdən başqa bizə nə deyə bilərdi?!" ●

Dünya çempionatından sonra "Liverpul"a qayıdacaq

Bölmə adı Futbol / İngiltərə
Yayımlandı 16-06-2026, 17:30

"Əl-Hilal"ın hücumçusu Darvin Nunes 2026-cı il Dünya Kubokundan sonra "Liverpul"a qayıda bilər.


Sport1.az xəbər verir ki, bu barədə "Carve Deportiva" məlumat yayıb.


Bildirilir ki, uruqvaylı hücumçu turnirdən dərhal sonra sabiq İngiltərə klubuna üz tutacaq. Futbolçunun komandada artan rəqabət, xüsusilə də Kərim Benzemanın heyətə qoşulmasından sonra "Əl-Hilal"dan ayrılmaq qərarına gəldiyi vurğulanır.


Tərəflər artıq müqavilənin vaxtından əvvəl ləğv edilməsi barədə ilkin razılığa gəliblər. Bu razılaşma oyunçunun Səudiyyə Ərəbistanı təmsilçisini azad agent kimi tərk etməsinə şərait yaradacaq.


Arxada qalan mövsümdə 26 yaşlı forvard "Əl-Hilal"ın heyətində 24 matça çıxıb, 9 qol və 5 məhsuldar ötürmə ilə yaddan qalıb.


Xatırladaq ki, Səudiyyə klubu ötən yay Nunezi "Liverpul"dan 53 milyon avro qarşılığında transfer etmişdi.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR