Misli Premyer Liqasında I turun oyunları davam edir.Sport1.az xəbər verir ki, "Sumqayıt" "Kəpəz"i qəbul edir.
Oyunu izləyənlər arasında AFFA rəsmiləri də var. Söhbət vitse-prezident Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayevdən gedir.
Qarşılaşmada "kimyaçılar" 3:0 hesabı ilə qalib gəlir.
Sport1.az