
PSJ zədəli futbolçuların durumuyla bağlı məlumat yayıb.
Sport1.az xəbər verir ki, klub rəsmi açıqlamasında Usman Dembelenin bərpa prosesinin son mərhələsində olduğunu bildirib. Həmçinin Əşrəf Hakimi və Dezire Duenin fərdi reabilitasiya proqramı üzrə çalışmalarını davam etdirdiyi vurğulanıb.
Dembelenin bərpası noyabrın əvvəlində aldığı baldır sümüyü zədəsi ilə əlaqəlidir. Due isə oktyabrın sonunda arxa bud əzələsindəki problem səbəbindən meydandan uzaq düşüb. Hakimi isə Çempionlar Liqasında “Liverpul”la oyunda Luis Diasla toqquşmadan sonra topuq çıxığı yaşayıb.