son dəqiqə SON DƏQİQƏ
"Turan Tovuz" - "Fənərbağça": Yoldaşlıq matçında anşlaq olacaq "Şəki" çempionatdan uzaqlaşdırıldı, onları əvəzləyəcək klub bəlli oldu "Orada əsas klub futboludur, milli komandaya böyük təzyiq yoxdur" Şahmat Olimpiadası: Yığma komandalarımız üçün növbəti sınaq Millimizin oyunlarının biletləri 3 manatdan satışa çıxarılıb "Araz-Naxçıvan" baş məşqçi postuna legioner çalışdırıcı gətirir "Avropaya qayıtmaq istəyirdim" Boksçularımızdan biri yarımfinala, digəri 1/4 finala adını yazdırıb "Neftçi" daha bir futbolçu ilə anlaşdı Cəlal Hüseynovun komandası növbəti qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Çimərlik voleybolçularımız Avropa Çempionatında iştirak ediblər “Hypers” evdə məğlub oldu “Qaradağ Lökbatan”dan darmadağın Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır“ Cüdoçularımızdan daha 3 medal “Turan Tovuz” – “Fənərbağça” matçının başlama saatı bəlli oldu “Zəngəzur”dan inamlı qələbə “Kür-Araz” - “Difai” oyununda 8 qol 4 cüdoçumuz mundialda "Şamaxı"ya məğlub olmalı deyildik, amma uduzduq və çox məyusuq" II Liqa: Bu gün 4-cü turun oyunlarına yekun vurulub Millimiz "Qəbələ" ilə heç-heçə etdi Prezident U-15 Dünya Çempionatı ilə bağlı daha bir sərəncam imzaladı "Sumqayıt"ın baş məşqçisi bəlli olub "Neftçi"nin üzvü Benin millisində Monteneqrolu hücumçu "Neftçi"də Cavid Hüseynov və Zaur İsmayılov "Araz-Naxçıvan"dan getdi

"Burada həkimlər həm tibbi, həm də hüquqi məsuliyyət daşıyırlar" - Boris Xetaqurov

Bölmə adı Premyer Liqa / Manşet
Yayımlandı 7-04-2025, 00:11

Bir neçə gün əvvəl “Neftçi”nin baş məşqçisi Samir Abasov komandasının əsas qapıçısı Rza Cəfərovun yığmanın Belarus ilə oyunun zədəli ola-ola çərçivədə dayanmasıyla bağlı danışdı.

Azərbaycan seçməsinin çalışdırıcısı Fernandu Santuşun da Samir müəllimin dediklərinin yalan olduğunu bildirdi. Futbolçu yığmanın düşərgəsinə zədəli qoşulursa və matça start heyətində başlayarsa, məsuliyyət kimin üzərindədir? Bu məsələylə bağlı 50 ildən çox idman həkimi kimi fəaliyyət göstərmiş, təcrübəli Boris Xetaqurova müraciət etdik.

Mütəxəssis Sport1.az-a açıqlamasında bunları söylədi:

“Rza Cəfərovla bağlı yazılanlardan xəbərdaram. İşin dəqiqliyini klubdakılar və millidəki şəxslər bilir. Amma bu tip hallarda klub ilə yığma arasında müzakirə, koordinasiya olmalıdır. “Neftçi” daxil bütün peşəkar klublarda komandanın həkimi bu məsələdə əsas məsuliyyət daşıyan şəxsdir. Onlar istənilən bir futbolçunun zədəsi, hətta mikro travması varsa, bu barədə məşqçilər korpusuna dərhal bildirməli və zədənin xüsusiyyəti, meydana çıxıb-çıxmamağı ilə bağlı tibbi arayış hazırlamalıdır. Həmçinin, komandanın məşqçiləri ilə birgə yığmaya dəvət alan futbolçu ilə bağlı millinin məşqçilər korpusuna və tibbi personalına da oyunçunun zədəsi ilə bağlı məlumat verməli, tibbi arayışı təqdim etməlidir. Futbolçunun zədəli ola-ola oynadılması, yığmanın toplanışına cəlb olunmasında həkimlər həm tibbi, həm də hüquqi məsuliyyət daşıyırlar. Belə məsələlərdə hər şey rəsmiyyətə bağlanmalıdır".

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR