son dəqiqə SON DƏQİQƏ

Bundesliqa klubu onun ayrılacağını açıqladı

Bölmə adı Almaniya
Yayımlandı 14-03-2026, 12:03

Dortmund “Borussiya”sının futbolçusu Salih Özcan mövsümün sonunda klubdan ayrılacaq.


Sport1.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.


 28 yaşlı futbolçunun müddəti mövsümün sonunda bitən müqaviləsi uzadılmayacaq. Salihin adı “Beşiktaş”la hallanır.


Yarımmüdafiəçi bu mövsüm 8 oyuna çıxıb.

Müəllif: Mirze