son dəqiqə SON DƏQİQƏ
Premyer Liqa klublarının yay transferləri ● İspaniya Xorvatiyaya, İngiltərə Çexiyaya qalib gəlib ● Voleybolçularımız Türkiyədə hazırlıq keçəcək ● "Sabah" FİBA Çempionlar Liqasına məğlubiyyətlə başlayıb ● FİBA Avropa Kuboku: "Neftçi" bu gün ilk matçına çıxıb ● Rəşad Eyyubov: “Hesab bu cür olmamalı idi” ● Nilufər Ağazadə: “Əsas məqsədimiz...” ● Ziya Rəcəbov: “Hədəfimiz mərhələni keçmək və qrupa düşməkdir” ● Əvəzedicilər Liqası: V turun təyinatları ● Yığmamızdan tarixi rekord ● Rui Jorje: “Klubların işinə müdaxilə edə bilmərəm” ● Cüdoçularımızdan Dünya Çempionatında ikinci medal ● AFFA II Liqa klublarını cərimələyib ● Millimiz Yaponiyanı məğlub edib ● I Liqada çıxış edən bölgə klubunun rəsmisi bu səbəbdən cəzalandırıldı ● "Çətin qarşılaşma olacaq" ● "Turan" Çempionlar Liqası görüşü üçün hazırlığı davam etdirir ● I Liqa: 4-cü turun hakim təyinatları ● U-17 Avropa çempionatı: Daha 5 boksçumuz rəqibini məğlub edib ● Rəşid Məmmədəliyev bürünc medal görüşünə vəsiqəni təmin edib ● DÇ: Rəşid Məmmədəliyev təsəlliverici görüşə çıxacaq ● Cüdo üzrə Dünya Çempionatı: ● Rəşid Məmmədəliyevdən növbəti qələbə ● Dünya Çempionatı: Azərbaycanlı cüdoçu mübarizəni dayandırdı ● Günün oyunları: ● Rəşid Məmmədəliyevdən uğurlu start ● Alen Şkribeklə Bakıda bir gün ● Hidayət Heydərovdan növbəti qələbə ●

Ülviyyənin qələbəsi

Bölmə adı Şahmat
Yayımlandı 14-03-2026, 17:05

Özbəkistanın qədim şəhəri Buxarada qadın şahmatçılar arasında “IV Women's Chess Championship” adlı nüfuzlu beynəlxalq turnir keçirilib. 


Sport1.az xəbər verir ki, ənənəvi yarışda Avropa çempionu, komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Nana Dzaqnidze (Gürcüstan), gənclər arasında dünya çempionu Əfruzə Həmdamova (Özbəkistan), komandalar arasında Ümumdünya Şahmat Olimpiadasının qalibi Harika Dronavalli (Hindistan) və digər şahmatçılar mübarizə aparıb.


 8 ölkədən 10 şahmatçının qatıldığı turnirdə ölkəmizi şəxsi Avropa çempionatının qalibi, Azərbaycan çempionu Ülviyyə Fətəliyeva təmsil edib.

9 turdan sonra 6,5 xal toplayan Ülviyyə Fətəliyeva “IV Women's Chess Championship” yarışının qalibi olub. Gürcüstan şahmatçısı Nana Dzaqnidze ikinci, hindistanlı Harika Dronavalli isə üçüncü yeri tutub.

Xatırladaq ki, Özbəkistandakı qələbə Ülviyyə Fətəliyevanın 2026-cı ildə ikinci uğurudur. Ötən ay xanım şahmatçı karyerasında ilk dəfə Azərbaycan çempionatının qalibi olub.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR