son dəqiqə SON DƏQİQƏ
Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır - ÇL: "Fənərbağça" 18 ildən sonra əsas mərhələdə - “Yuventus”un qapıçısı B Seriyasında Millimiz Belçikaya məğlub oldu Yeni klubu bəlli oldu “Sabah” Litva klubuna uduzub

"Komandanın psixoloji durumunu düzəltməyə çalışacağıq" – Kaşkilya

Bölmə adı Premyer Liqa
Yayımlandı 14-03-2026, 18:36

"İmişli" Misli Premyer Liqasının 24-cü turunda Quba Olimpiya İdman Kompleksinin stadionunda "Sabah"a 0:5 hesabı ilə uduzub.


Sport1.az xəbər verir ki, bölgə təmsilçisinin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


- Oyun barədə deyiləsi çox söz yoxdur. Matça yaxşı başlamadıq. Edvin Banqueranın ilk dəqiqələrdə zədələnməsi komandanın əhval-ruhiyyəsinə pis təsir etdi. Birinci qolu standart vəziyyətdən buraxdıq. Müdafiənin səhvinə görə qapımıza penalti təyin olundu. Bundan sonra toparlanmaq çətin idi. "Sabah" çempionatın lideridir. Bundan əvvəlki matçda "Qəbələ"yə böyük hesabla qalib gəlmişdilər. Bizim səhvlərimizdən yaxşı istifadə etdilər. Öz səhvlərimizin ucbatından çox qol buraxdıq. Rəqibi təbrik edirəm. Daha keyfiyyətli oyun göstərdilər. Biz isə qarşıdakı "Neftçi" ilə matçı düşünməliyik. Komandanın psixoloji durumunu düzəltməyə çalışacağıq.


- Son qələbəniz "Neftçi" üzərində olub. Növbəti turda da onlarla qarşılaşacaqsınız...


- Biz hər oyunda meydana qalib gəlmək üçün çıxırıq. "Neftçi" ilə matçda da 3 xal qazanmağa çalışacağıq. Amma onlar da güclü rəqibdir.


- Bu gün komandanız 5 qol buraxdı. Bunu müdafiədəki itkilərlə bağlaya bilərik?


- Nəticəyə bəhanə gətirmək istəmirəm. Ronaldo və Banqera müdafiədə əsas oyunçularımızdır. Onların yoxluğunun təsiri oldu. Geniş heyətimiz yoxdur. Üstəlik səhvlər də oldu. Banqeranın “Neftçi”yə qarşı hazır olacağını bilmirik. Ronaldo amma qayıdacaq. Çalışacağıq, müdafiədə bugünkü səhvləri etməyək.

Müəllif: Zafar Hajili
OXŞAR XƏBƏRLƏR