
U14 yaş qrupu üzrə basketbol milli komandamız 14–16 mart tarixlərində Türkiyənin Yalova şəhərində keçiriləcək EVOQ Challenge Cup turnirində iştirak edəcək.
Sport1.az xəbər verir ki, turnirdə millimizlə yanaşı aşağıdakı komandalar da mübarizə aparacaq:
• Fenerbahçe
• Falcons A
• Falcons B
• İstanbul Büyükşehir Belediyesi (İBB)
• Yalova GSK
• Bursa SAS