son dəqiqə SON DƏQİQƏ
“Qarabağ” - “Tvente”: İngiltərədə klubunu dəyişdi Prezident İlham Əliyev “Sabah”a 5 milyon manat ayırdı "Şəmkir"dən hücumçu transferi Millimizin üzvü klubunu dəyişib Bu davranış Azərbaycan millisinin kapitanına yaraşmadı! - Sabiq "Qarabağ"lı "Xankəndi"də "Mən ömrümün sonuna qədər ona minnətdar olacağam" - Tarixi uğura imza atan "Sabah"a 5 milyon manat ayrılıb - Veteran voleybolçunun gənclərlə görüşü keçirilib Ötən mövsümün gümüş medalçısı milli üzvü ilə bağlı qərarını açıqlayıb Millimizin Avropa Çempionatına son hazırlığı Türkiyədə baş tutacaq Sona Ağayeva Cənubi Koreyada Dünya Çempionatında yarışacaq Premyer Liqa klublarının yay transferləri Dramatik qarşılaşmanın sonunda əsas mərhələyə onlar vəsiqə qazandı "Sabah" "Yuventus"a məğlub olub U-17 Dünya Çempionatı: Təsnifat mərhələsinin görüşləri başa çatıb Milli komanda Fransaya yollanıb II Liqa klubundan yeni transfer Muradın və Mahirin komandaları əsas raundun bir addımlığında "Marafon"dan daha bir transfer "Qarabağ" azarkeşlərinin "Böyük Dəbilqə" turnirində iştirak edəcək idmançılarımız müəyyənləşib Niderland Belçika ilə üz-üzə, Portuqaliya Rumıniyaya qarşı Günün oyunları: UEFA Avropa Liqasında pley-offun cavab oyunları keçirilir - UEFA Çempionlar Liqasında əsas mərhələnin püşkü atılır - Konfrans Liqası: "Qarabağ" bu gün pley-off matçına çıxır -

Valdas Dambrauskas: "Qubada oynamaq həqiqətən çətindir"

Bölmə adı Premyer Liqa
Yayımlandı 14-03-2026, 17:48

"Sabah" Misli Premyer Liqasının 24-cü turunda səfərdə "İmişli" üzərində 5:0 hesablı qələbə qazanıb.


Sport1.az xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:


Qələbə qazandığımız üçün çox sevinirəm. Bu meydançada oynamaq həqiqətən də çətindir. Demək olar ki, bütün komandalar burada problemlə üzləşirlər. 10-15 metr məsafədən ötürmə veriləndə top tez-tez sıçrayır. Qələbə münasibətilə "Sabah" ailəsinin hər bir üzvünü təbrik edirəm. Bu görüş artıq geridə qaldı, indi isə diqqətimizi qarşıdakı "Sumqayıt"la oyuna yönəldəcəyik.


"Sabah"ın bu qədər məhsuldar olmasının səbəbi nədir?


Bunun xüsusi bir sirri yoxdur. Sadəcə futbolçularımız verilən tapşırıqları düzgün şəkildə yerinə yetirirlər. Artıq komandanın öz üslubu və kimliyi formalaşıb. Oyunçular da bu sistemə getdikcə daha yaxşı uyğunlaşırlar. Üç gənc futbolçumuz – Xəyal Əliyev, Umarali Raxmonaliyev və Aron Maluda birlikdə 15 qol vurublar. Çempionatın bu mərhələsində hansısa futbolçunu ayrıca fərqləndirmək istəməzdim. Meydana çıxan hər kəs komandaya ciddi fayda verir. Kahim Parris bir müddət oynamamışdı, amma son iki oyunda 3 qol vurmağı bacardı. Cesse Sekidika isə zədədən sonra yenicə qayıdıb və oynadıqca formasını bərpa edir. Futbolçular məsuliyyəti öz üzərlərinə götürürlər. Biz də həm öz işimizə, həm də oyunçulara inanırıq. Onlar da bizə güvənirlər. Düşünürəm ki, komanda bundan da yaxşı nəticələr göstərə bilər. Çünki bunun üçün kifayət qədər potensial var. Əsas odur ki, çalışmaq və bu prosesə inanmaq lazımdır.

Müəllif: Mirze
OXŞAR XƏBƏRLƏR