son dəqiqə SON DƏQİQƏ
Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq”

“Qızıl top”un qalibi müəyyənləşdi

Bölmə adı Futbol
Yayımlandı 23-09-2025, 01:06

"France Football"un təsis etdiyi "Qızıl top" mükafatının qalibi bəlli olub.

Sport1.az xəbər verir ki, 2024/25 mövsümündə mükafatın qalibi PSJ-nin və Fransa millisinin üzvü Usman Dembele olub.

“Barselona”nın və İspaniya millisinin vingeri Yamin Lamal ikinci yeri tutub.

2024/25 mövsümündə Dembele PSJ ilə birgə 5 mükafat qazanıb. O, Fransa çempionatının, ölkə kubokunun, Superkubokunun, Çempionlar Liqasının və UEFA Superkubokunun qalibi olub.

Fransız futbolçu ötən mövsüm 53 oyunda 35 qol vurub, 16 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Dembele və Yamalla yanaşı, daha 28 futbolçu - Cud Bellingem (İngiltərə, "Real"), Canluici Donnarumma (İtaliya, "Paris Sen-Jermen"/"Mançester Siti"), Dezire Duye (Fransa, "Paris Sen-Jermen"), Denzel Dumfris (Niderland, "İnter"), Seru Girasi (Qvineya, "Borussiya" Dortmund), Viktor Dyekereş (İsveç, "Sportinq"/"Arsenal"), Erling Haland (Norveç, "Mançester Siti"), Əşrəf Hakimi (Mərakeş, "Paris Sen-Jermen"), Harri Keyn (İngiltərə, "Bavariya"), Xviça Kvaratsxeliya (Gürcüstan, "Napoli"/"Paris Sen-Jermen"), Robert Levandovski (Polşa, "Barselona"), Aleksis Makallister (Argentina, "Liverpul"), Lautaro Martines (Argentina, "İnter"), Kilian Mbappe (Fransa, "Real"), Skott Maktominay (Şotlandiya, "Napoli"), Nunu Mendeş (Portuqaliya, "Paris Sen-Jermen"), Joau Neveş (Portuqaliya, "Paris Sen-Jermen"), Maykl Olise (Fransa, "Bavariya"), Koul Palmer (İngiltərə, "Çelsi"), Pedri (İspaniya, "Barselona"), Rafinya (Braziliya, "Barselona"), Deklan Rays (İngiltərə, "Arsenal"), Fabian Ruis (İspaniya, "Paris Sen-Jermen"), Məhəmməd Salah (Misir, "Liverpul"), Vircil van Deyk (Niderland, "Liverpul"), Vinisius Junior (Braziliya, "Real"), Vitinya (Portuqaliya, "Paris Sen-Jermen"), Florian Virts (Almaniya, "Bayer"/"Liverpul") “Qızıl top” mükafatına namizəd idi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR