
Misli Premyer Liqasının 12-ci turunda keçirilən “Karvan-Yevlax” – “Kəpəz” qarşılaşması gözlənilməz və qeyri-adi epizodla yadda qalıb.
Sport1.az xəbər verir ki, Yevlax təmsilçisinin müdafiəçisi Vüsal Məsimov ilk hissədə əvəzlənməkdən imtina edib. Baş məşqçi Azər Həşimov futbolçunu meydandan almaq qərarı versə də, Məsimov kənara gəlməyib və oyunu davam etdirib. Komanda yoldaşlarının təkidi belə müdafiəçinin fikrini dəyişməyib.
Belə vəziyyət futbolçunun məşqçilər korpusunun qərarını qəbul etmədiyini ortaya qoyub və tribunada əyləşən azarkeşlər arasında da təəccüb doğurub.
Bu epizod “Karvan-Yevlax”ın həm texniki zonasında, həm də klub rəhbərliyində ciddi nizam-intizam problemlərinin mövcud olduğu barədə suallar yaradıb.
Bu cür epizodlar adətən peşəkar səviyyədə nadir hallarda rast gəlinən situasiyalar sayılır və baş verən hadisə komanda daxilində nizam-intizam məsələləri ilə bağlı suallar yaradıb.