son dəqiqə SON DƏQİQƏ
"Neftçi" bəyanat yaydı Elşad Şirzadov "Sumqayıt"da Şahruddin Abdullah Zubirlə görüşüb "Neftçi" millimizin futbolçuları ilə bağlı yekun qərarını açıqlayıb I Liqa: "Zaqatala"nın oyunçusu cəzalandırıldı, klub cərimələndi AFFA İntizam Komitəsi Premyer Liqa təmsilçilərini buna görə cərimələyib Pokatilov: "UEFA Çempionlar Liqası yaxşı mənada narkotik kimidir" "Mingəçevir Reqatası-2026": Turnirin iştirakçılarının sayı açıqlanıb FİBA Avropa Kuboku: "Neftçi" əsas mərhələnin bir addımlığındadır Daha 3 boksçumuz Avropa Çempionatının yarımfinalında "Xankəndi" şəhər stadionunda təmir işləri bu tarixdə başa çatacaq "Naxçıvan"dan növbəti transfer Misirli hücumçu Azərbaycan klubunda forma geyinəcək "Turan" Çempionlar Liqasında ilk ev oyunu üçün hazırlığı davam etdirir Azərbaycan millisi Bakıda yoldaşlıq oyununa çıxır Premyer Liqa klublarının yay transferləri “İmişli”nin 5 futbolçusuna millidən dəvət Yığmamız beynəlxalq turnirdə çıxış edəcək “Kəpəz” millimizlə üz-üzə gələcək ABŞ-li basketbolçu “Naxçıvan”da Azərbaycan cüdoçuları veteranlar arasında daha 2 qızıl qazandı “Turan” İtaliya klubu ilə üz-üzə gələcək Ölkə çempionatının adı dəyişdirilib Ayxan Abbasov: “Yeni oyunçular tapmaq lazımdır” Rəhman Daşdəmirov: “Qələbə qazanmaq, xalqımızı sevindirmək istəyirik” Azərbaycan və Yunanıstan arasında idman əməkdaşlığı genişləndirilir Tacikisin millisinin kapitanı: “Sabah yaxşı oyun göstərməyə hazırıq” "Kəpəz"in oyunçusu Əli Səmədovun zədəsi ilə bağlı

"CBC Sport" bu gün keçiriləcək Avropa Liqası oyunlarını yayımlamayacaq

Bölmə adı Digər
Yayımlandı 10-04-2025, 21:34

"CBC Sport" kanalı bu gün keçiriləcək Avropa Liqası 1/4 final mərhələsinin ilk matçlarını canlı yayımlamayacaq.

Sport1.az xəbər verir ki, kanal bununla bağlı bəyanat yayıb.

Açıqlamada texniki səbəblər üzündən oyunların canlı yayımlanmasının mümkün olmayacağı qeyd olunub: "Hörmətli izləyicilər, bu günə planlaşdırılan UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək görüşlərin canlı yayımlanması texniki səbəblərdən mümkün olmayacaq. "CBC Sport"dan asılı olmayan səbəblərə, texniki məsələlərlə bağlı ortaya çıxan problemin həlli üçün lazımi iş gedib. Lakin görülən bütün işlərə baxmayaraq, texniki problemləri həll etmək mümkün olmayıb. Bildiyiniz kimi, fəaliyyət göstərdiyimiz bu 9 il ərzində efirimizdə canlı yayımlamağı planlaşdırdığımız idman yarışlarının verilməsində ciddi problem olmayıb. Avrokubok görüşləri zamanı isə ümumiyyətlə belə bir hadisə yaşanmayıb və daim avrokubok matçları yüksək səviyyədə sizlərə təqdim edilib. Televiziyalarda texniki məsələlər səbəbindən bu cür halların - müəyyən yayımların baş tutmaması halları dünya praktikasında da zaman-zaman yaşanır. Nə qədər arzuolunmaz olsa da, bəzən yaşanan bu halların qarşısını texniki səbəblərə görə almaq olmur. Bizdən asılı olmayan səbəblərə görə oyunların canlı yayımının baş tutmadığı üçün sizdən üzr istəyirik. Bizi anlayışla qarşılamağınıza ümid edirik və çalışacağıq ki, bir daha belə hadisə yaşanmasın".

Qeyd edək ki, "CBC Sport" bu gün "Bodo Qlimt" – "Latsio" və "Lion" – "Mançester Yunayted" qarşılaşmalarını yayımlamağı planlaşdırırdı.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR