son dəqiqə SON DƏQİQƏ
Avropa Kuboku: "Kür" komandası mübarizəyə başlayır ● Kişi voleybolçular arasında Super Liqa bu gün başlayır ● "Araz-Naxçıvan" "Qəbələ" ilə üz-üzə, "Zirə" evdə "Sumqayıt"la qarşılaşır ● Konfrans Liqası: Muradın və Zamiqin komandaları növbəti oyunlarına çıxıb ● "Yuventus" İtaliyada xal itirib, "Beşiktaş" evdə heç-heçə edib ● "Şamaxı"da yeni təyinat ● "Sabah" onları unutmadı ● "Etopaz" erməni klubundan pul qazanır ● Avropa Çempionatı: Fərhad Rəcəbli 12-ci dəfə qızıl medalın sahibi olub ● FİFA U-20 Dünya Çempionatı: Mundial bu tarixdə baş tutacaq ● Azərbaycanlı hakim qitə birinciliyinin matçlarına beynəlxalq təyinat alıb ● Birlik sədri baş redaktor Mahir Rüstəmlini təbrik etdi ● MOİK "Karvan-Yevlax"ı məğlub etdi ● "Gəncəbasar" darmadağınla qazandı ● "Şimal"dan böyükhesablı qələbə ● I Liqa: "Gəncəbasar" 7, "Şimal" 5 qolla qələbə qazandı ● "Sumqayıt"ın kapitanı İsa Suliman U-15 komandanın məşq prosesində ● II Liqada 10-cu turun oyun təqvimi ● U-15 Dünya Çempionatı: "Neftçi" akademiyası digərlərini qabaqladı ● Valdas Dambrauskas Beynəlxalq Kitab Sərgisində iştirak edib ● "Şahdağ Qusar"ın "Gəncəbasar"la matçının vaxtı açıqlanıb ● Azərbaycan klubu baş məşqçisi ilə vidalaşdığını açıqlayıb ● Çindəki dünya çempionatında 7 gimnastımız mübarizə aparacaq ● "Kəpəz"in azarkeşləri hələ də mənim potensialımın 60-70 faizini görüblər" ● "Marafon" - "Qaradağ Lökbatan" matçının təqvimi açıqlanıb ● Rövşən Nəcəf Bakıda keçiriləcək mundialla bağlı paylaşım edib ● "Sabah" - "Qarabağ" matçının hakim təyinatları açıqlanıb ● Yığmalarımız Latviyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcəklər ●

Bir yalanın izi ilə: "Karvan" niyə "Karvan-Yevlax" oldu?" - ARAŞDIRMA

Bölmə adı Yazı / Manşet
Yayımlandı 23-07-2025, 15:36

2025/26 mövsümündə Premyer Liqada 12 komanda iştirak edəcək.

Ölkədə futbolun inkişafı adına böyük addımdır.

Amma bu qərar ölkə futbolundakı problemləri də ortaya çıxartdı. Bunlar nədir? "Qəbələ"nin əvəzedici komanda saxlamağa pulu yoxdur. "İmişli"nin stadionu yoxdur. Yevlaxdakı arenada ot örtüyü süni olacaq. "Şamaxı"nın hələ də sponsoru yoxdur. "Kəpəz"də aləm dəyib bir-birinə. Yəni, Premyer Liqa başlamamış ölkə futbolunda xaos hökm sürür. Ümid edək, hamısı zamanla düzələcək. Ya da ölkə futbolunun inkişafı üçün bunlara göz yummaq olar.

Amma saxtakarlığı necə görməzdən gələk? İnkişaf olacaq deyə vicdansızlıq edək? Axı biz jurnalistik. Doğruları, deməli, qəliz məsələləri araşdırmalıyıq, suallar verməliyik. Bu, bizim işimizdir. Elə isə başladıq.

Niyə Premyer Liqanın püşkatma mərasimində Karvan-Yevlax" adına rast gəldik? Bu komandanın adı "Karvan" deyil? PFL-ə müraciət etdik. Qurumun cavabını diqqətinizə çatdırıq:

“Yevlax təmsilçisinin Nizamnamə ilə adı “Karvan-Yevlax”dır. Odur ki, püşkatma mərasimində, eləcə də çempionatla bağlı digər bütün sənədlərdə klub bu adla təqdim olunacaq. Qeyd edək ki, I Liqada iştirak edən komandanın da adı “Karvan-Yevlax” olub.”

Bu klubun adı "Karvan-Yevlax"dırsa, "Karvan" hanı? Bir qədər araşdırma apardıq. Məlum oldu ki, "Karvan Futbol Klubu" MMC fəaliyyəti dayandırıb. Həmin VÖEN-in adı ilə tikinti şirkəti fəaliyyət göstərir. "Karvan-Yevlax" isə 2022-ci ilin dekabrında fəaliyyətə başlayıb.

2-3 gündür ki, əməkdaşımız "Karvan"ın mətbuat xidməti ilə əlaqə saxlamağa çalışıb. Nəyə görə "Karvan"ın adının "Karvan-Yevlax" olduğunu soruşub. Cavab sizi təəccübləndirə bilər:

"Həmişə "Karvan-Yevlax" olub".

Komanda 2022/23 mövsümündən I Liqada çıxış edir. O dövrdən PFL-in rəsmi saytında klubun adı "Karvan" olaraq qeyd olunub. 2 mövsüm ardıcıl səhv etmək olar?

Ortada böyük yalan var. Bunun səbəbini axtarırıq. Sualımız isə açıq və sadədir. "Karvan" niyə "Karvan-Yevlax" oldu?

Bizim məqsədimiz "Karvan"ın Premyer Liqadan kənarlaşdırılması deyil. Sport1.az olaraq istəyirik ki, Yevlax təmsilçisi elitada olsun. Amma bu dəyişikliyin əsl səbəbini kimsə açıqlasın. Necə oldu ki, 2 mövsüm "Karvan" olan klub birdən-birə "Karvan-Yevlax" oldu? Bu suala kim cavab verə bilər? AFFA, PFL, yoxsa klub? Açıqlayın ki, hər şey aydın olsun...

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR