son dəqiqə SON DƏQİQƏ
İtaliya səfərdə Türkiyəyə qarşı, Fransa Belçika ilə üz-üzə gəlir ● Elizaveta Linnikova MAA-da ● “Şəmkir” - “Şirvan” matçında 5 qol ● “Zəngəzur”dan darmadağın ● “Mingəçevir Reqatası-2026” öncəsi hakimlərin iclası keçirilib ● “Mingəçevir Reqatası-2026”nın püşkatması keçirilib ● Su İdmanı Federasiyası Füzuli sakinləri ilə görüşüb ● Amerikalı basketbolçu “Sumqayıt”da ● II Liqada 5-ci tur: "Zəngəzur" və "Hypers"dən böyükhesablı qələbə ● "Murov Az Terminal"dan libero transferi ● "Qarabağ" yenidən "EA Sports"da ● Boksçularımız Çində baş tutan beynəlxalq turnirdə iştirak ediblər ● "Turan Tovuz" - "Fənərbağça" matçı ilə bağlı qərar: ● Azərbaycan kikboksçuları İtaliyada 16 medal qazandılar ● NÖVBƏTİ FACİƏVİ NƏTİCƏ: ● "Sumqayıt"dan növbəti transfer ● Azərbaycan cüdoçuları Sarayevoda 5 medal qazandılar ● "Murov Az Terminal" daha bir voleybolçu transfer etdi ● "Gəncə"nin məşqçiləri və basketbolçuları ilə görüş keçirilib ● Gimnastlarımız 7 medal qazandılar ● Çempionlar Liqası oyunun biletləri azarkeşlər üçün pulsuz paylanacaq ● Əliyar Ağayev UEFA Millətlər Liqası matçına təyinat aldı ● Təmsilçimiz Fransada 3-cü oldu ● "Qəbələ"nin məşqçilər korpusunda iki yeni təyinat baş tutdu ● SOCAR bu ölkənin yığmalarının Baş Qlobal Enerji Sponsoru oldu ● Vahab Fətullayevdən bürünc medal ● ABŞ-dən olan oyunçu yenidən Azərbaycan klubu ilə anlaşdı ● Günün oyunları: ●

I Liqadan gələnlər Premyer Liqaya rəng qatacaqlar - REPORTAJ

Bölmə adı Yazı / Manşet
Yayımlandı 15-08-2025, 22:16

Fasilə başa çatdı. Premyer Liqa start götürdü.

İlk oyunda 2 bölgə təmsilçisi Şamaxıda üz-üzə gəldi. Arena tam dolmasa da, azarkeşlər və oyunu izləməyə gələn şəxslər matça xüsusi maraq qatırdılar. PFL-in prezidenti Elxan Səmədov, AFFA-nın baş katibi Cahangir Fərəcullayev, Rüstəm Rəhimov kimi adlar qarşılaşmanın keçirildiyi məkana təşrif buyurmuşdular.

Əliyar Ağayev 2024/25 mövsümünün "ən yaxşı hakimi" elan edildi. Daha sonra dövlət himnimiz səsləndi və görüş başladı.

Azər Həşimov komandanı meydana 4-5-1 taktiki sxemi ilə çıxartmışdı. Kaxaber Sxadadze isə 5-4-1-dən istifadə edirdi. Nominal meydan sabibləri ilk dəqiqələrdən üstünlüyü ələ almağa çalışırdı. Amma yevlaxlılar nəsə edə bilmirdilər. Oyunda ilk təhlükəli epizodu "Qəbələ" yaratdı. 4-cü dəqiqədə Domi hesabı aça bilərdi. Lakin hücumçu boş qapıdan topu keçirə bilmədi.

İlk hissədə bir qədər kobud oyun izlədik. "Qəbələ"də yerli futbolçular fəallıqları ilə seçilirdilər. Cinah oyunçuları Nicat Əliyev və Eşqin Əhmədov daha çox canfəşanlıq edirdilər. "Qəbələ"nin hücumları da elə onların oynadıqları istiqamətlərdən qurulurdu. Domi də nələrsə etmək istəyirdi. Amma forvardın birinci hissədə bütün cəhdləri boşa çıxdı.

"Karvan-Yevlax"ın heyətində isə Coy Sleyd Mikels daha fəal idi. Qardaşı Coy Leyin də matçı izləməyə gəlməsi onu daha çox motivasiya edirdi. 43-cü dəqiqədə uzaq məsafədən vurduğu top qapı çatına dəyməsəydi, oyunun qəhramanı ola bilərdi.

Fasilədən sonra "Qəbələ" hücumların kəsərini artırdı. Yevlaxlılar isə müdafiə olunmaqla kifayətlənirdilər. Matçın 55-ci dəqiqəsində Domi istəyinə çatdı. Şahin Şahniyarovun ötürməsindən sonra hücumçu topu boş qapıya göndərdi - 0:1.

Qarşılaşmanın 70-ci dəqiqəsinə kimi Kaxaber Sxadadzenin komandası oyuna diktə edirdi. İşlərin getmədiyini görən Azər Həşimov Peter Kinqs və İmani Barkeri döyüşə atdı. Bu dəyişiklər işə yaradı. I Liqadakı oyunlarda da fəallığı ilə seçilən Kinqs matçın 78-ci dəqiqəsində sol cinahda topu rəqindən oğurladı. Onun qapı istiqamətində ötürməsi Murad Musayevə dəyərək qapıya daxil oldu - 1:1.

Azər Həşimov rəqibin çaş-baş qaldığını görərək hücumun kəsərini artırmaq üçün Mikelsin yerinə Araz Abdullayevi döyüşə atsa da, bu, fayda vermədi.

Görüşün sonlarında xüsusi nəsə yaşanmadı. Beləliklə, görüş 1:1 hesabı ilə başa çatdı. Mövsümün ilk oyununda heç-heçə qeydə alındı.

"Karvan-Yevlax" klub olaraq tam formalaşmayıb. İdarəetmə və təşkilatlanmada problem var. Buna baxmayaraq "ağ-qaralar" yaxşı komanda qura bilib. Azər Həşimov müdafiədəki problemləri həll etməlidir. Bu, baş versə, komanda çoxları üçün başağrı olacaq.

"Qəbələ" klub olaraq çoxdan formalaşıb. Lakin Kaxaber Sxadedze yayda yaxşı heyət yığa bilməyib. Bu komandaya son nöqtəni qoyacaq forvard lazımdır.

İlk görüşdən sonra göründü ki, I Liqadan Premyer Liqaya yüksələnlər geri qayıtmaq üçün gəlməyiblər. Bu komandalar cari "futbol ili"ndə çempionatımıza xüsusi rəng qatacaqlar.

Misli Premyer Liqası

1-ci dövrə, 1-ci tur

“Karvan” – “Qəbələ” - 1:1
15 avqust 2025. Saat 17:00. Şamaxı. Şəhər stadionu. 1500 tamaşaçı
Baş hakim: Əliyar Ağayev
Baş hakimin köməkçiləri: Zeynal Zeynalov, Akif Əmirəli
Dördüncü hakim: Kamran Əliyev
VAR hakimi: Rəşad Əhmədov
VAR hakiminin köməkçisi: Kamran Bayramov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Sarı vərəqələr: Prins Ovusu, 40 (qeyri-idman hərəkəti); İsaak Amoah, 74 (qeyri-idman
hərəkəti); İbrahim Sanqare, 77 (qeyri-idman hərəkəti)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Kaxaber Tsxadadze, 50 (hakimin qərarına etiraz)
Qollar: Murad Musayev, 78 (ö.q.) // Domi Massumo, 55
Artırılan vaxt: I hissədə 2 dəq; II hissədə 3 dəq.
Heyətlər:

“Karvan-Yevlax”: 99. Pedro Mateuş, 6. Vadim Abdullayev (k), 18. Süleyman Əhmədov, 14. Uğur Cahangirov (11. Kayl Spens, 64), 20. Coy Sleyd Mikels (7. Araz Abdullayev, 89),
2. Şakil Sno (21. İmani Barker, 73), 37. Mois Nqvisani, 19. Tompson Qavi, 3. Said İranxan, 10. Samuel Durrant (8. Peter Kinqs, 73), 4. Olavale Doyeni.

Ehtiyat oyunçular:
1. Kamran İbrahimov, 25. Əmrah Bulud, 32. Elvin Yunuszadə, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 77. Əli Abdullayev.

Baş məşqçi: Azər Həşimov

“Qəbələ”: 1. Səlahət Ağayev , 28. Murad Musayev (k), 13. Nicat Əliyev, 10. Şahin Şahniyarov (22. Fərid İsgəndərov, 84), 27. Eşqin Əhmədov, 50. Adriel Ba Loua (70. Paulo Quimbila, 66) (66. Nuğay Rəşidov, 90), 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoah, 14. Domi Massumo, 30. Prins Ovusu (12. İbrahim Sanqare, 66).

Ehtiyat oyunçular:
94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 97. Elşad Tağıyev, 74. Süleyman Damadayev, 36. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov.

Baş məşqçi: Kaxaber Sxadadze

İLKİN SULTANLI

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR