“Cəbrayıl” I Liqaya uğursuz başladı. Qarabağ təmsilçisi səfərdə “Zaqatala”ya minimal hesabla (1:0) məğlub oldu.
Oyunla bağlı cəbrayıllıların baş məşqçisi Bəxtiyar Soltanov
Sport1.az-a açıqlaması belə oldu:
“Mövsümün ilk oyununda məğlub olsaq da, çempionata yaxşı start verdik. Əlbəttə xal qazansaq, daha yaxşı olardı. Məni bu gün sevindirən, sərgilədiyimiz oyundur. Futbolçularım 90 dəqiqə ərzində əzmkarlıq göstərdilər və hesabın dəyişməsi üçün maksimum çalışdılar. Bu hal məni sevindirir. 90 dəqiqə ərzində xarakter göstərmək və kreativ oyun varsa, nəticələr də gələcək. “Şahdağ Qusar”la oyundakı səhvlərimizi təhlil edərək növbəti turlarda yaxşı çıxış edəcəyik”. Mirzə S.