son dəqiqə SON DƏQİQƏ
“Kəpəz”in sabiq futbolçusu I Liqa klubunda Filipe Kandido: “Yarışa sonuncu yerdən başlamışıq” Qurban Qurbanov: “Bunun üçün zaman lazımdır” 30 il bundan öncə qazanılan tarixi qələbənin qəhramanı ilə Dambrauskas: “Qələbəyə layiq idik” MPL: "Sabah" və “Qarabağ”dan minimalhesablı qələbə “Neftçi”də 3 illik müqavilə Yeni transferini açıqladı “Gəncəbasar”dan yeni transfer “Turan Tovuz”da ara qarışdı: Ehtiram Quliyev həm məşqçini, həm idarəçiləri danladı Messi millidəki karyerasını başa vurdu “Sumqayıt” - “Qarabağ”: I Liqada klubunu dəyişdi Millimiz Polşada birinci olub "Gəncəbasar"dan növbəti transfer "Qarabağ"dan I Liqa klubuna Kadet boksçular arasında Azərbaycan Kuboku keçiriləcək "Hər şey onların qərarından asılıdır" Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı

İlham Yadullayev: "Reallığı qəbul etməliyik" - AÇIQLAMA

Bölmə adı Konfrans Liqası
Yayımlandı 18-08-2025, 17:15

Azərbaycan klublarının Konfrans Liqası macərası başa çatdı.

"Sabah" "Levski"yə (Sofiya), "Araz-Naxçıvan" "Omoniya"ya məğlub olaraq mübarizəni dayandırdı.

Komandalarımız nə üçün pley-offa vəsiqə qazana bilmədilər? "Sabah" və "Araz-Naxçıvan"da problem nə idi? Suallarımızı İlham Yadullayevə ünvanladıq. Mütəxəssis mövzu ilə bağlı Sport1.az-a açıqlamasında bunları söylədi:

“Araz-Naxçıvan”ın “Omoniya” qarşısında hər iki oyunda böyük hesabla məğlub olması hamımızı məyus etdi. Təbii ki, Kipr təmsilçisinin səviyyəsinə, heyətinə, avrokubok təcrübəsinə görə güclüdür. Amma naxçıvanlıların hər iki oyunda bir qol belə vurmadan böyük hesabla məğlub olması heç də xoş hal deyil. İçi mən daxil çoxları Muxtar Respublika klubundan əzmkarlıq göstərməsini gözləyirdi. Komanda müdafiədə zəif təsir bağışladı. Görünən odur ki, arxa xəttdə cidd problemlər var. Düşünürəm ki, Elmar müəllim bu boşluqları aradan qaldırmağın yollarını tapmağa çalışacaq.

“Sabah”a gəlincə, Bolqarıstandakı ilk görüşdə onlar pis təsir bağışlamadılar. Təmsilçimizin son dəqiqədə qol buraxması komandaya təsir etdi. Masazırdakı görüşdə “bayquşlar” risk alsalar da, nə qol vura, nə də uğur qazana bildilər. Hesab edirəm ki, səfərdə masazırlılar əllərinə düşən imkanlardan istifadə etsəydi, fərqli ssenari görə bilərdik. “Levski” isə əksinə hər iki oyunda həm ehtiyatlı, həm də kreativ oyun sərgiləməklə qələbə qazandı.

Çox istərdik ki, hər iki təmsilçimiz avrokuboklarda maksimum irəli getsin. Amma meydanda sərgilənən oyun və tablodakı rəqəmlər reallıqları əks etdirir. Hər iki klubumuzun mübarizədən kənar qalmasına məyus olsaq da, reallığı qəbul etməliyik”.


MİRZƏ S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR