son dəqiqə SON DƏQİQƏ
Premyer Liqada 100-dan çox oyuna çıxan futbolçu "Gəncəbasar"da "Zenit"in futbolçusu "Sabah"da oynayacaq "Neftçi" daha bir futbolçunun transferi üçün "Xankəndi"də yeni müqavilə Gəncənin icra başçısı "Kəpəz"in matçını stadiondan izləyib Azərbaycan millisinin baş məşqçisi niyə Gürcüstana yollanıb? Avropa Çempionatında Azərbaycanı təmsil edəcək cüdoçuların "Şəfa"nin sabiq futbolçusu "Şəmkir"də forma geyinəcək "Gəncəbasar"dan hücumçu transferi Premyer Liqa klubu baş məşqçi ilə yolları ayırdı "Şahdağ Qusar"da yeni sözləşmə "Zirə" tarixində üçüncə dəfə uğurlu seriyanı təkrarlamağı bacarıb Gəncə şəhər stadionunda "Qarabağ" Dani Boltla vidalaşıb Rəşad Sadıqov üçün yubiley matçı Eren Aydına görə Premyer Liqanın ən yaxşı komandası "Onun performansında olan yüksəliş açıq-aşkar görünür" "Bu matçda da vurduğum qol sayəsində qələbə qazandıq" Sona Ağayevadan tarixi üçüncülük Günün oyunları: MPL: "Sabah" Qəbələ, "Qarabağ" Sumqayıt səfərində "Zirə" doğma meydanda "Neftçi" üzərində qələbə qazanıb "Kəpəz" Gəncə şəhər stadionunda ilk qələbəsini qazanıb Premyer Liqa klublarının yay transferləri Rəşad Sadıqov: “Komandamın göstərdiyi xarakterlə fəxr edirəm” Vernidub: “İrəli baxmaq lazımdır” Qərb derbisində qalib “Kəpəz” oldu, "Neftçi" "Zirə"yə uduzub Azər Məmmədov: “Vacib qələbə qazandıq”

"Zaqatala"nın tarixində ilk dəfədir ki.." - Rüstəm Məmmədov

Bölmə adı I Liqa
Yayımlandı 12-09-2025, 11:32

Futbol üzrə Azərbaycan l Liqasına start verildi.

Mövsümün açılış matçında "Zaqatala" doğma divarlar arasında "Cəbrayıl"ı minimal hesabla (1:0) məğlub etdi. Oyunla bağlı zaqatalalıların baş məşqçisi Rüstəm Məmmədovun Sport1.az-a qələbə şərhi belə oldu:

"Çempionatın ilk oyunları həmişə çətin olur. Odur ki, bizim üçün də çox ağır matç oldu. "Cəbrayıl" döyüşkən, əzmkar komandadır. Onlar bizə çətin anlar yaşatdı. Hesabı dəyişmək və məğlubiyyətdən qaçmaq üçün də mübarizə apardılar. "Zaqatala"nın tarixində ilk dəfədir ki, mövsümə qələbə ilə başladıq. Çalışacağıq ki, qələbəmizin ardı gəlsin".

Baş məşqçi komandasının çempionata hazırlıq səviyyəsi haqqında da söz açdı:

"Maliyyə problemlərimizin olması bizə mane oldu. Belə ki, son ana qədər taleyimizin necə olacağını bilmirdik. Yekunda sponsorla əməkdaşlığımız bəlli olduqdan sonra toplanışa başlaya və transferlər həyata keçirə bildik. Vaxt məhdudiyyətinə görə istədiyimiz kimi təlim-məşq prosesi keçə bilmədik. Ümümi götürəndə hazırlığımız qənaətbəxşdir, amma görüləcək çox işlərimiz var. Çempionatın gedişatında daha yaxşı formaya düşməyə çalışacağıq".

Mirzə S.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR