son dəqiqə SON DƏQİQƏ
Millətlər Liqası: İspaniya İngiltərə səfərindən 3 xalla qayıdır ● Litvanın baş məşqçisi: “Azərbaycan Lixtenşteyndən daha güclü rəqib olacaq” ● Cüdoçularımızdan Sarayevoda 4 medal ● Azərbaycan akrobatları dünya çempionu olublar ● “Neftçi” İdman Klubunun təşkilatçılığı ilə cüdo turniri keçirilib ● Azərbaycanda işləmiş məşqçi Gürcüstan millisində ● Mahir Emreli: “Ümid edirik ki, sabah yaxşı nəticə qazanacağıq” ● Ayxan Abbasov: “Əsas məqsədimiz…” ● “Formula 1”in qalibi bəlli olub ● Amerikalı basketbolçu “Sumqayıt”da ● Prezident İlham Əliyev və Mehriban Əliyeva “Formula 1”i izləyirlər ● “Qarabağ”ın qapıçısı oynadı, millisi heç-heçə etdi ● “Neftçi”nin futbolçusu millidə fərqləndi ● Stolüstü tennisçilərin Tbilisi sınağı ● Günün oyunları: ● Millimizdən tarixi nəticə ● Premyer Liqa klublarının yay transferləri ● "Oyunumuzun uğurlu alınması məhz bu istəkdən irəli gəldi" ● "Məqsədimiz rekordu yeniləməkdir" ● Millətlər Liqası: Türkiyə yığması Fransa ilə bacarmadı ● “Şahdağ Qusar”dan darmadağın ● Yığmamız “Kəpəz”lə qarşılaşıb ● Boksçularımızdan Sofiyada 5 medal ● Nəbi İsgəndərovdan Avropa Çempionatında gümüş medal ● “Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzaladı ● Rəşad Eyyubov: “Bizim məqsədimiz…” ● Yenidən “Qəbələ”də çıxış edəcək ● Millimiz Çexiya ilə bacarmadı ●

Ayxan Abbasov: "Qısa müddətdə olan inkişaf məni sevindirir"

Bölmə adı Azərbaycan
Yayımlandı 9-06-2025, 09:50

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro yığması ilə keçirilən yoldaşlıq görüşündən (0:0) sonra mətbuat konfransında fikirlərini bildirib.

Sport1.az sizi həmin açıqlama ilə tanış edir:

"İlk olaraq bizi dəstəkləyən azarkeşlərə təşəkkür edirəm. Bu şəhərdə çıxış etmək çox gözəl idi. Toplanış çərçivəsində keçirdiyimiz iki oyun qarşıdakı rəsmi matçlara hazırlaşmağa hesablanmışdı. Bu gün futbolçularım öz bacarıqlarını göstərdilər. Onlara təşəkkür edirəm. Məncə, pis nəticə olmadı. Belarusla səfərdəki görüşdə də məğlub olmaya bilərdik. Heyətimizdə rəqiblə müqayisədə daha aşağı yaş qrupundan olan uşaqlar çoxluq təşkil edirdi. Bu bizi sevindirir, gələcəyə nikbin baxmağa imkan verir. Hələ işin başlanğıcındayıq. Futbolçuların necə çıxış etmələri klublarında oynamalarından asılı olacaq. Milliyə hazır vəziyyətdə gələndə bizə də asan olur. İstədiyimiz oyun var. Antalya toplanışı ilə müqayisədə yaxşılığa doğru dəyişiklik hiss olunur. Əsas odur ki, futbolçular meydançada nə etmək lazım olduğunu bilirlər. Qısa müddətdə olan inkişaf məni sevindirir”.

Qeyd edək ki, U-21 toplanış çərçivəsində ilk yoxlama görüşünü səfərdə Belarus yığmasına (1:3) qarşı keçirmişdi.

Müəllif: Sport1.az
OXŞAR XƏBƏRLƏR